Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib
Xankəndi və digər işğaldan azad olunmuş zonalarda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Dövlət Turizm Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Unibank KB ASC-nin biznes bölümünün əməkdaşları geniş təqdimatla çıxış ediblər. Təqdimat zamanı sahibkarlara bank məhsulları, güzəştli kredit imkanları və fond resursları barədə geniş məlumat verilib.
Bankın Fondlarla iş üzrə rəhbəri Zaur Səidov fond məhsullarını təqdim edərək, sahibkarlara işğaldan azad olunmuş zonalara dövlət tərəfindən təqdim olunan güzəştli fond məhsulları, bu sahədəki imkanlar və əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verib.
Korporativ departamentin Biznesin maliyələşmə mərkəzinin meneceri Fərid Hacıyev isə iştirakçılara bankın korporativ xidmətləri və maliyyə həlləri haqqında geniş məlumat çatdırıb.
Təqdimatın sonunda sahibkarların sualları cavablandırılıb və iştirakçılar maraq göstərdikləri mövzular üzrə geniş müzakirələr aparıblar. Tədbirdə, həmçinin, nağdsız ödənişlər, sosial media marketinqi (SMM) və biznesin rəqəmsallaşdırılması mövzularına toxunulub.
Unibank regionlarda iqtisadi inkişafı dəstəkləməyə, işğaldan azad olunmuş ərazilərdə biznesin inkişafını təşviq etməyə və müştərilərə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 29 d. əvvəl
-
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım







.jpg)












.jpg)