"Hotellərdə vətəndaşlara yerlər qalmadığından xaricdə dincəliblər"
Ötən ilin yay ayları ilə müqayisədə bu il yay aylarında Azərbaycandan xaricə, xüsusilə Türkiyəyə gedən Azərbaycan turistlərinin sayı dəfələrlə çox olub.
Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan turistlərinin Türkiyənin Bodrum şəhərinə xüsusi marağlı müşahidə edilib
.
İndiyədək Bodruma belə marağın olmadığını deyən N.Bağırov həmçinin bildirib ki, bu il yay mövsümü ərzində Quba və Qəbələdəki hotellərdə yerlərin sayı turistlər üçün məhdud olub:
“Bu il Gürcüstana gedən turistlərin sayı çox olub. Sual oluna bilər ki, onlar Azərbaycanda niyə dincəlməyiblər? Səbəbini açıq deyə bilərəm - Azərbaycana gələn turistlərin sayı o qədər çox olub ki, hotellərdə yerli vətəndaşlara yerlər qalmayıb. Yerli vətəndaşlar yay mövsümü ərzində Quba və Qəbələdəki hotellərdə yerləşmədə çətinliklərlə üzləşiblər. Ona görə də Azərbaycan turistləri dincəlmək üçün ən yaxın istiqamət olan Gürcüstana və Türkiyəyə səfər ediblər ”.
Gürcüstanın Azərbaycan üçün çox əlverişli istiqamət olduğunu deyən N.Bağırov əlavə edib ki, azərbaycanlı turistlərin Gürcüstana göstərdiyi maraq həmin ölkədə qiymətlərin uçuz olması ilə izah oluna bilməz: “Bu ölkədəki qiymətlər başqa dövlətlərlə müqayisədə əlverişlidir. Ancaq səfərlərin sayının çoxluğunun əsas səbəbi bu deyil. Əsas amil odur ki, Gürcüstana maşın, qatar və təyyarə ilə getmək mümkündür. Azərbaycanın bölgələrini gəzənlərin çoxu həftə sonlarında Gürcüstana də səfər etməyə üstünlük verirlər".
N.Bağırov əlavə edib ki, Azərbaycan vətəndaşları İrana isə daha çox tibbi turizm məqsədi ilə səfər edirlər.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 10,37% azalmışdı. 2016-cı ilin yanvar-may ayları ərzində Türkiyəyə 188 761 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən, bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə səfər edən azərbaycanlıların sayı 243 421 nəfərə çatıb.
Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, cari ilin birinci yarısında Gürcüstana 2 milyon 996 min 170 nəfər əcnəbi vətəndaş səfər edib. Onların 737 min 549-u Azərbaycan vətəndaşlarıdır. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xaricilər arasında birinci yerdədirlər.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
6 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)





.jpg)

