"Neftçala Sənaye Məhəlləsi tam dolub"
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən Türkmənistana növbəti dəfə 100 ton həcmində elektrod məhsulunun ixracı baş tutub.
Bununla əlaqədar oktyabrın 3-də media nümayəndələrinin iştirakı ilə məhsulun sözügedən ölkəyə yola salınması mərasimi keçirilib. Ümumilikdə şirkət tərəfindən Türkmənistana mərhələli şəkildə 600 ton həcmində məhsul göndəriləcək.
Media nümayəndələrinə bildirilib ki, şirkət 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Növbəti mərhələdə müəssisədə paslanmaz və alüminium elektrodların istehsalına başlanılması nəzərdə tutulur.
Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin aylıq istehsal gücü 330 tondur.
İnvestisiya dəyəri 7,5 milyon manat olan müəssisədə 20 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Müəssisədə istehsal edilən məhsullar “Geka” brendi adı altında daxili bazara satılmaqla yanaşı, İraq, Özbəkistan, Türkmənista da ixrac edilir, Rusiya və Qazaxıstana da satış istiqamətində danışıqlar aparılır.
Daha sonra media mənsubları Neftçala Sənaye Məhəlləsinin ümumi fəaliyyəti ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Neftçala Sənaye Məhəlləsinin ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.
Neftçala Sənaye Məhəlləsi ölkəmizdə yaradılmış ilk sənaye məhəlləsidir. Belə ki Sənaye Məhəlləsi dövlət başçısının 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsi 2017-ci ilin sentyabrından fəaliyyət göstərir. Ərazisi 10 hektar təşkil edir və Məhəllənin ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin də əsas fəaliyyət istiqamətləri kimi balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s. məhsulların istehsalı nəzərdə tutulub.
Məhəllədə investisiya porfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib, bunlardan 5-i fəaliyyət göstərir.
Sahibkarlar tərəfindən görülmüş işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb.
İndiyədək Neftaçala Sənaye Məhəlləsininin rezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.
İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made İn Azerbaijan” brendi adı altında İraqa, Türkmənistana, Özbəkistana, Qırğız Respublikasına və s ölkələrə ixrac edilib. Əsasən Sənaye Məhəlləsində istehsal edilən balıq yemi, elektrod kimi məhsulların ixracı həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















