AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
Çip istehsalçısı Advanced Micro Devices (AMD) şirkətinin səhmlərinin qiyməti, Chatgpt-nin yaradıcısı OpenAI ilə strateji əməkdaşlığa başladığını elan etdikdən sonra 38 faizdən çox artım göstərib.
Marja xəbər verir ki, AMD, OpenAI-nin süni intellekt infrastrukturunu gücləndirmək məqsədilə xüsusi prosessor çipləri təmin edəcəyini, ilkin quraşdırmaların 2026-cı ilin ikinci yarısında başlayacağını açıqlayıb.
Şirkətlərin birgə bəyanatında bildirilir ki, tərəflər uzunmüddətli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edəcək. Razılaşmaya əsasən, OpenAI 6 gigavatt gücündə AMD çiplərindən istifadə edəcək.
Məlumata görə, OpenAI bundan sonra AMD-nin əsas strateji hesablama gücü tərəfdaşı olacaq. İlk mərhələdə 1 gigavattlıq AMD Instinct MI450 seriyalı çiplərin quraşdırılmasına başlanacaq.
Açıqlamada qeyd olunub ki, bu əməkdaşlıq hər iki şirkət üçün "qazan-qazan" vəziyyəti yaradacaq, böyük miqyaslı süni intellekt tətbiqlərinə yol açacaq və ümumilikdə ekosistemin inkişafını sürətləndirəcək.
Tərəfdaşlığın bir hissəsi olaraq, AMD OpenAI-yə 160 milyonadək AMD səhmini almaq hüququ verib. Bu hüquq müəyyən mərhələlərin tamamlanmasına əsasən mərhələli şəkildə aktivləşdiriləcək.
Cümə günü 164,67 dollar səviyyəsində bağlanan AMD səhmləri, bu xəbərin ardından bazaröncəsi ticarətdə 38 faiz artımla 225,35 dollara yüksəlib. Əksinə, rəqib Nvidianın səhmləri 1,7 faiz geriləyib.
AMD-nin baş direktoru Lisa Su, yeni əməkdaşlığı şərh edərək “OpenAI ilə tərəfdaşlıqdan məmnunuq və bu addım süni intellekt texnologiyalarının gələcəyini formalaşdıracaq,” – deyib.
OpenAI-nin baş direktoru Sam Altman isə razılaşmanı “süni intellektin tam potensialını reallaşdırmaq üçün tələb olunan hesablama gücünün yaradılmasında mühüm addım” kimi qiymətləndirib. Onun sözlərinə görə, AMD-nin yüksək performanslı çip sahəsindəki liderliyi, OpenAI texnologiyalarının daha çox insana, daha sürətli şəkildə çatdırılmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)






