“Delta Dent” məhsullarının Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim ediblib
“Azexport” portalı Gürcüstana ixrac üçün daha bir məhsula Sərbəst Satış Sertifikatı təqdim edibİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı farmasevtika kateqoriyasına aid olan “Delta Dent” məhsulunun Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim edib.
Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son illər Azərbaycanda istehsal olunan qida əlavələri və farmasevtika məhsullarına xarici ölkələrdən maraq əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid məhsullar artıq daxili bazarla yanaşı, ixrac bazarlarında da genişlənməyə başlayıb: “Son təqdim olunan sertifikatlar da göstərir ki, yerli istehsalçılarımız beynəlxalq bazarlarda öz mövqelərini möhkəmləndirirlər”.
Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən, “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat məhsulun Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları tərəfindən sertifikatlaşdırıldığını və müvafiq standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin oktyabr ayına qədər 762 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Bu sənədin verilməsi “Made in Azerbaijan” brendli məhsulların əvvəllər ixracında çətinliklər mövcud olan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionlarının 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.
Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























