Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə
Kapital Bank böyüməkdə davam edir. Bankın həm gəlirləri, həm də aktivləri artıb. Bank 2025-ci ilin 9 ayında “mənfəət yarışında” da ön yerlərdən birini tutur.
Azərbaycanın ən iri banklarından biri olan Kapital Bank ASC 2025-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrini açıqlayıb. Bank bu dövrdə 229,1 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 63,1 milyon manat və ya 38% artım deməkdir (2024-cü ilin yanvar-sentyabr dövründə xalis mənfəət 166,1 milyon manat olmuşdu).
Əməliyyat gəlirləri və xərcləri artıb
Marja.az xəbər verir ki. hesabat dövründə (2025-ci ilin yanvar-sentyabr aylarında) Kapital Bank-ın faiz gəlirləri 874,7 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrünün 615,1 milyon manatlıq göstəricisi ilə müqayisədə 259,7 milyon manat və ya 42% artım deməkdir.
Qeyri-faiz gəlirləri isə 2025-ci ilin 9 ayında 463,6 milyon manat olub. Bu göstərici 2024-cü ilin eyni dövründə 442 milyon manat idi, yəni artım 21,5 milyon manat və ya 4,9% təşkil edib.
Beləliklə, cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri birlikdə) 2025-ci ilin 9 ayında 1 milyard 338,3 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 281,2 milyon manat və ya 26,6% artım deməkdir (2024-cü ildə 1 milyard 57,1 milyon manat).
Əməliyyat xərclərinə gəlincə, faiz xərcləri 277,1 milyon manata yüksəlib (2024-cü ildə 158,6 milyon manat) – bu da 118,5 milyon manat və ya 74,7% artım deməkdir.
Qeyri-faiz xərcləri 2025-ci ilin 9 ayında 685,98 milyon manat təşkil edib, bu da ötən ilin 569,7 milyon manatlıq göstəricisindən 116,2 milyon manat və ya 20,4% çoxdur.
Nəticədə, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri birlikdə) 2025-ci ildə 963,1 milyon manat, 2024-cü ildə isə 728,4 milyon manat olub — yəni 234,7 milyon manat və ya 32,2% artım qeydə alınıb.
Göründüyü kimi, "Kapital Bank"ın cəmi əməliyyat gəlirlərinin 281,2 milyon manat artmasına qarşılı, cəmi əməliyyat xərcləri 234,7 milyon manat artıb.
Əməliyyat mənfəəti (cəmi əməliyyat gəlirləri – cəmi əməliyyat xərcləri) isə 375,2 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ildə 328,7 milyon manat idi – artım 46,5 milyon manat və ya 14,1% olub.
Ehtiyatlara ayırmalar azalıb
Mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmalar ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. 2025-ci ilin 9 ayında bu göstərici 75,7 milyon manat, 2024-cü ildə isə 101,3 milyon manat olub — yəni 25,6 milyon manat və ya 25,3% azalma müşahidə edilib.
Aktivlər və kapitalda güclü artım
2025-ci ilin 30 sentyabr tarixinə Kapital Bank-ın cəmi aktivləri 12 milyard 64,4 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 787,1 milyon manat və ya təxminən 17,4% artım deməkdir. Aktivlərin artımı əsasən kredit portfelinin genişlənməsi, eləcə də depozit bazasının böyüməsi ilə əlaqələndirilir.
Kredit portfeli genişlənib
Bankın ümumi kredit portfeli 2025-ci ilin 30 sentyabr tarixinə 5 milyard 432,1 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə (5 milyard 114,9 milyon manat) nisbətən 317,1 milyon manat və ya 6,2% artım deməkdir.
Struktur baxımından:
• İstehlak kreditləri 3 milyard 131,8 milyon manat (+11,2%)
• Biznes kreditləri 1 milyard 702,7 milyon manat (+0,8%)
• İpoteka kreditləri 597,6 milyon manat (-2,0%)
Depozitlər 733 milyon manat artıb
Kapital Bankın cəmi öhdəlikləri 30 sentyabr 2025-ci il tarixində 10 milyard 974,3 milyon manat olub. Bu da ötən ilin eyni tarixindəki 9 milyard 370,9 milyon manatla müqayisədə 1 milyard 603,3 milyon manat və ya 17,1% artım deməkdir. Beləliklə, həm aktivlərdə, həm də öhdəliklərdə artım tempi paralel şəkildə müşahidə olunur, bu da Kapital Bank-ın balansının ümumi genişlənməsini göstərir.
Kapital Bank-ın cəmi depozit portfeli 30 sentyabr 2025-ci il tarixinə 8 milyard 670,9 milyon manat təşkil edib. Bu da 30 sentyabr 2024-cü il tarixinə (7 milyard 937,7 milyon manat) nisbətən 733,2 milyon manat və ya 9,2% artım deməkdir.
• Fizki şəxslərin depozitləri 3 milyard 92,5 milyon manat olub – artım 507,4 milyon manat və ya 19,6% təşkil edib.
• Hüquqi şəxslərin depozitləri isə 5 milyard 578,4 milyon manat, yəni 225,9 milyon manat və ya 4,2% artım göstərib.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər də 1 milyard 139,6 milyon manata yüksəlib, bu da 419 milyon manat və ya 58% artım deməkdir.
Kapital möhkəmlənib
Bankın məcmu kapitalı 2025-ci ilin 30 sentyabr tarixinə 1 milyard 86,3 milyon manat, 2024-cü ilin sonuna isə 976,6 milyon manat olub. Artım 109,7 milyon manat və ya 11,2% təşkil edib.
Ümumi qiymətləndirmə
Kapital Bank 2025-ci ilin ilk doqquz ayında həm gəlirliliyini, həm də aktivlərini artıraraq bazardakı mövqeyini gücləndirib. Əməliyyat gəlirləri və mənfəətin artması, ehtiyatlara ayırmaların azalması və balans göstəricilərinin böyüməsi bankın dayanıqlı maliyyə performansını nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank 9 aylıq maliyyə göstəricilərini açıqladı - BANK DAHA DA BÖYÜYÜB
Son Xəbərlər

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət
Ən çox oxunanlar

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

AccessBank böyüyüb, kredit portfeli artıb

BonAqua gənclərə dəstəyini davam etdirir

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı
