Azərbaycanın xarici ticarətində mənfi vəziyyət
Azərbaycanın xarici ticarət saldosu 2,8 dəfə azalıb, sentyabda mənfidə olub2025-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 35 milyard 375 milyon 496 min ABŞ dolları təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, o cümlədən ixracın həcmi 18 milyard 606 milyon 494 min ABŞ dolları, idxalın həcmi 16 milyard 769 milyon 2 min ABŞ dolları, müsbət saldo 1 milyard 837 milyon 493 min ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 9 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 34 milyard 498 milyon 170 min ABŞ dolları, o cümlədən ixracın həcmi 19 milyard 854 milyon 929 min ABŞ dolları, idxalın həcmi 14 milyard 643 milyon 240 min ABŞ dolları, müsbət saldo 5 milyard 211 milyon 689 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, Azərbaycanın xarici ticarət saldosu 2,8 dəfə azalıb.
Sentyabrda Azərbaycanın ixracının həcmi 1 milyard 541 milyon 220 min dollar, idxalının həcmi 1 milyard 716 milyon 313 min dollar, mənfi saldo 175 milyon 93 min dollar olub.
Qeyd edək ki, fevral və aprel aylarında da Azərbaycanın xarixi ticarət saldosu mənfidə olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 36 d. əvvəl
-
57 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
























