Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
Türkiyənin ən mühüm zeytun və zeytun yağı istehsal mərkəzlərindən biri olan Ayvalıkda zeytun yığım mövsümü rəsmi olaraq start götürüb.
Marja Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ayvalık Ticarət Palatasının sədri Ali Uçar açıqlamasında bildirib ki, xarici bazarlardakı canlanma qiymətləri artırıb: "Məhsul yığımından sonra zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözləyirik.”
İstehsalçının xərcləri artıb, dəstəyə ehtiyac var
Uçar, daxili bazarda maya dəyərinin kəskin yüksəldiyini qeyd edərək, fermerlərə əlavə dövlət dəstəyi lazım olduğunu vurğulayıb:
“Türkiyə Lirəsinin sürətli ucuzlaşmaması ixracatçıları çətin vəziyyətdə qoyur. Avro/Türkiyə lirəsi məzənnəsinin ilin sonunda 50 səviyyəsinə çatmasını gözləyirik. İstehsalçılar zərər gördüyü dövrlərdə subsidiya və dəstəklər artırılmalıdır.”
Onun sözlərinə görə, uzun müddət sabit qalan zeytun yağı qiymətləri beynəlxalq bazarlardakı təklif azalması səbəbindən daxili bazara da təsir göstərməyə başlayıb:
“İstehsalçılar mənfəət payı qalmadığından məhsulu qiymətlər qalxana qədər saxlamağa üstünlük verirlər.”
Keyfiyyət yüksəkdir, ixrac üçün üstünlük yaradacaq
Ticarət Palatası rəhbəri bu ilin “yox ili” adlandırılmasına baxmayaraq, keyfiyyət baxımından istehsalçıların nikbin olduğunu vurğulayıb:
“Yeni məhsullarda yüksək keyfiyyətli yağ əldə edirik. Miqdar az olsa da, keyfiyyət yüksəkdir. Bu, ixrac üçün ciddi üstünlük yaradacaq.”
Valyuta məzənnəsi rəqabət gücünü müəyyən edir
Zeytun yağı istehsalçısı "Nova Vera" fabrikin müdiri Mustafa Al isə beynəlxalq bazarda Türkiyənin rəqabət imkanlarının valyuta məzənnəsindən asılı olduğunu bildirib:
“Avropa bazarında azad dövriyyə səbəbindən rəqabət imkanlarımız zəifdir. ABŞ bazarı bizim üçün mühümdür, lakin hazırkı məzənnə bizi çətinlikdə saxlayır. Kurs 55–60 aralığına yüksəlsə, ixracatçı bir qədər nəfəs ala bilər.”
Daxili istehlak artmazsa, gələn il məhsul bolluğu riski var
"Köklü Zeytincilik" şirkətinin İdarə Heyətinin sədri Mustafa Kürlek isə daxili istehlakın artırılmasının vacibliyini qeyd edib:
“Əgər daxili bazarda tələbat artmasa, gələn il "var ili" dövrünə keçərkən istehsal 500–600 min ton səviyyəsinə çata bilər. Bu zaman fermerin zərər görməməsi üçün satış və infrastruktur işlərinə indidən başlanmalıdır.”
Kürlek əlavə edib ki, son 20 ildə Türkiyədə zeytun ağaclarının sayı 90 milyondan 190 milyona yüksəlib. Buna görə də bu il “yox ili” olsa belə, istehsal orta səviyyədən yuxarı qalacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























