Dünya Bankı: Suriyanın yenidən qurulması xərci 216 milyard dollar olaraq qiymətləndirilir
Dünya Bankı bildirib ki, Suriyanın müharibədən sonrakı yenidən qurulma xərcləri 216 milyard dollar səviyyəsində qiymətləndirilir.
Marja.az Bankın məlumatına istinadən xəbər verir ki, ölkə üzrə infrastruktur və bina aktivlərini əhatə edən “Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirilməsi 2011–2024” adlı hesabat dərc olunub.
Hesabatda qeyd olunur ki, 13 ildən artıq davam edən münaqişələrdən sonra Suriyanın yenidən qurulmasının 216 milyard dollara başa gələcəyi ehtimal edilir.
Müharibədən əvvəlki ümumi kapital ehtiyatının təxminən üçdə birinin zərər gördüyü vurğulanır. İnfrastruktur, yaşayış və qeyri-yaşayış binalarına dəyən birbaşa fiziki zərərin məbləği isə 108 milyard dollar həcmində qiymətləndirilir.
Qiymətləndirilən kateqoriyalar arasında ən çox zərərin infrastruktura dəydiyi, bunun ümumi zərərin 48 faizini təşkil etdiyi bildirilir. Ümumi zərər baxımından Hələb, Dəməşq ətrafı və Humus ən çox zərər dəymiş bölgələr kimi göstərilir.
Zərər görmüş fiziki aktivlərin yenidən qurulması xərclərinin 140 milyard ilə 345 milyard dollar arasında olacağı ehtimal edilir, ən real təxmin isə 216 milyard dollar olaraq qeyd olunur.
Bu məbləğin 75 milyard dolları yaşayış evlərinin, 59 milyard dolları qeyri-yaşayış binalarının, 82 milyard dolları isə infrastrukturun bərpasına yönələcək. Ən çox investisiyaya ehtiyac duyan bölgələr kimi Hələb və Dəməşq ətrafı önə çıxır.
Hesabatda bildirilir ki, bu təxmini fiziki yenidənqurma xərcləri Suriyanın 2024-cü il üçün proqnozlaşdırılan ÜDM-indən təxminən 10 dəfə çoxdur. Bu da ölkədəki vəziyyətin miqyasını və beynəlxalq dəstəyə olan böyük ehtiyacı açıq şəkildə göstərir.
Dünya Bankı əlavə edib ki, münaqişə Suriya iqtisadiyyatını “tamamilə çökdürüb”, 2010–2022 dövründə real ÜDM təxminən 53 faiz azalıb.
Nominal olaraq, ölkənin ÜDM-i 2011-ci ildəki 67,5 milyard dollardan 2024-cü ildə 21,4 milyard dollara qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi



















