İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
KOB klasterinin iştirakçısı olan sahibkarların 7 il müddətinə KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya gəlir vergisindən tam azad olunur.2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində ümumilikdə 20-dən çox KOB subyekti birləşəcək.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja.az-a verilən məlumata görə, bu KOB subyektləri təbii meyvə konsentratı və nəqliyyat vasitələrinin mühərrikləri üçün sürtkü yağı istehsal edəcək KOB klaster şirkətlərini müxtəlif mal və xidmətlərlə təmin edəcək.
Mövcud və gələcəkdə yaradılacaq KOB klaster şirkətlərinin iştirakçısı olmaq istəyən KOB subyektləri müvafiq şirkətlərə, eləcə də əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.
Qeyd edilibki, KOB klasterinin iştirakçısı olan sahibkarların 7 il müddətinə KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya gəlir vergisindən tam azad olunur. “KOB klaster şirkəti şəhadətnaməsi” almış sahibkar isə 7 il müddətinə mənfəət və ya gəlir vergisindən, torpaq və əmlak vergisindən, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur.
KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster iştirakçılarının məcmusudur. KOB klasterinin iştirakçısı isə KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və KOBİA tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxslərdir. KOB klasterin iştirakçısı azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektindən ibarət olduğu üçün bu mexanizm iqtisadiyyatın müxtəlif sektorları üzrə KOB-ları bir araya gətirməklə onlar arasında əlaqə yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















