Türk lirəsi 1%-dən çox ucuzlaşdı
Dollar/Türk lirəsi məzənnəsi yeni həftəyə yüksəlişlə başlayıb.
"Marja" xəbər verir ki, Şimali İraqdakı referendum öncəsi, bu gün Türkiyənin Silopi-Habur bölgəsində bir təlim keçirildiyinin açıqlanması TL-nin dəyərdən düşməsinə səbəb olub.
Səhər saatlarında 3.43 TL səviyyələrindən əməliyyat görən məzənnə daha sonra yüksəlişini sürətləndirib və axşam saatlarında 1%-i aşan artımla 3.4898 TL-yə çatıb. Lirə inkişaf edən bazar pulları arasında ən çox dəyər itirən pul vahidi olub.
Dollar/TL, 11 Sentyabrda Türkiyədə 2-ci rüb iqtisadi artım göstəricisinin 5,1 faiz ilə gözləntilərə yaxın açıqlanmasının ardından 9 aydan bu yana ilk dəfə 3.40-dan aşağıya geriləmiş, ancaq burada uzunmüddətli qala bilməmişdi.
Bu həftə Dollara Fed-in faiz qərarı da təsirli olacaq. Fedin faiz dərəcələrində dəyişiklik etməyəcəyi gözlənilir. Bloombergin sorğusuna görə, Fed, 4.5 trilyon dollarlıq balansını azaltmağa Oktyabr ayında başlayacaq. Faiz qərarının ardından Sədr Janet Yellen mətbuat konfransında danışacaq. Fed qərarı Çərşənbə günü açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
12 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















