Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara sığorta ödənişləri sürətlə artmaqdadır.
Fermerlərin faydalandığı sahələrdən biri də meyvə bağlarıdır. Xatırladaq ki, aqrar sığoorta üzrə ümumilikdə 41 növ bitki və bitki məhsulu sığortalamaq mümkündür. Sığortalanan bitkilərin bir hissəsi meyvələrdir. Belə ki, aqrar sığorta vasitəsilə albalı, alça, alma, armud, badam, çiyələk, ərik, fındıq, gavalı, gilas, heyva, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm, zeytun bağlarını sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Ölkə fermerləri dövlət dəstəkli aqrar sığortanın yaratdığı bu üstünlüklərdən faydalanaraq bağlarını sığortalayırlar. Hadisə baş verdikdə isə fermerlərə sığorta ödənişləri həyata keçirilir.
Aqrar Sığorta Fondunun meyvə bağlarının sığortası üzrə həyata keçirdiyi ödənişlərin ümumi məbləği 1 milyon manata çatıb.
Meyvə bağları üzrə ödənişlər alça, alma, armud, badam, ərik, fındıq, gavalı, gilas, xurma, qoz, limon, nar, naringi, nektarin, portağal, şaftalı, üzüm bağları üzrə həyata keçirilib.
Ən böyük sığorta ödənişləri üzüm, gilas, şaftalı-nektarin, badam, armud, ərik, alma və alça bağları üzrə həyata keçirilib.
Üzüm bağlarına dəymiş zərərlər üzrə indiyədək 168 min manat, gilas bağlarına dəymiş zərərlər üzrə 136 min manat, şaftalı-nektarin bağları üzrə 110 min manat, badam bağlarına dəymiş zərərlər üzrə isə 93 min manat sığorta ödənişi həyata keçirilib. Müxtəlif hadisələrdən zərər çəkmiş alma və alça bağlarına müvafiq olaraq 77 min manat və 67 min manat sığorta ödənişi edilib.
İndiyədək olan hadisələr göstərir ki, meyvə bağların ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə meyvə bağlarında toplanacaq məhsulla yanaşı, tingləri və ağacları da ayrıca sığorta etmək mümkündür.
Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta qahhı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 6 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 11 saat əvvəl
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















