Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Zəngilanın Məmmədbəyli kəndi “AS İnşaat” tərəfindən müasir standartlarla tikilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zəngilanın Məmmədbəyli kəndi “AS İnşaat” tərəfindən müasir standartlarla tikilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirakı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinin açılış mərasimi keçirilib. Kəndə köç edəcək ilk sakinlərə mənzillərin açarları təqdim edilib. Böyük iftixarla qeyd edirik ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının növbəti mərhələsi çərçivəsində Məmmədbəyli kəndində aparılan yenidənqurma işləri “AS Group” şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC tərəfindən uğurla həyata keçirilib.

Marja xəbər verir ki, bu, “AS İnşaat” MMC-nin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, layihənin icrasına 2024-cü ilin may ayında başlanılıb. Ümumilikdə 51,6 hektar ərazidə 188 fərdi yaşayış evi və 2 inzibati bina inşa edilib. Fərdi yaşayış evlərindən 149-u birmərtəbəli, 39-u isə ikimərtəbəlidir. Evlərin layihələnməsi otaq sayına görə bölünüb: 39 ikiotaqlı, 55 üçotaqlı, 55 dördotaqlı və 39 beşotaqlı ev inşa olunub. Hər bir evin 12 sot həyətyanı sahəsi və köməkçi tikilisi mövcuddur.

Kənddə çoxfunksiyalı iki qeyri-yaşayış binası da tikilib. İnzibati binaların, istinad divarlarının və keçidlərin üzərində zövqlə işlənmiş rəsmlər çəkilərək kəndin ümumi görünüşünə estetik dəyər qatılıb.

Məmmədbəyli kəndində müasir kommunikasiya infrastrukturu yaradılıb. Buraya yol və səki örtüyü, içməli su və suvarma xətləri, məişət kanalizasiya sistemi, qaz xətləri və 35 kV-luq yüksək gərginlikli kabel xətləri daxildir. Ərazidə 185 işıq dirəyi, 4 ədəd 1000 kV-luq transformator, 34 su quyusu quraşdırılıb.

Hər bir evdə otaq sayına uyğun olaraq 4-6 ədəd 550 Vt-lıq günəş paneli yerləşdirilib. Kənddə yüksəksürətli internet təmin etmək məqsədilə fiber optik kabellər çəkilib. Nəticədə, bütün evlər və inzibati binalar su, işıq, qaz və internetlə tam təmin olunub.

Kənddaxili yollar salınıb, asfaltlanıb və yol nişanları quraşdırılıb. Uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün səkilərdə panduslar inşa edilib. Ərazidə yaşıllıq zonası salınıb, ağaclar əkilib və geniş abadlıq işləri aparılıb.

Kəndin mərkəzində tarixi motivləri əks etdirən səkkizguşəli prizmadan ibarət su bulağı inşa olunub. Bulağın dizaynı 1305-ci ildə Məmmədbəyli kəndində Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə tikilmiş türbədən ilhamlanaraq hazırlanıb.

Məmmədbəyli kəndi Zəngilan şəhər mərkəzindən 16 km məsafədə yerləşir və Ağalı “Ağıllı kənd”i ilə iki zolaqlı tunel vasitəsilə birləşdirilib. Kəndlər arasında inşa olunan bu tunel iqtisadi səmərəliliyin və sosial rahatlığın artırılmasına xidmət edir.

Bunun sayəsində Məmmədbəyli kəndinin sakinləri 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə Sağlamlıq Mərkəzindən, eləcə də məişət xidməti obyektlərindən, xidmət mərkəzindən, apteklərdən, bazar kompleksindən və 5 zonalı parkdan rahatlıqla istifadə edə biləcəklər.

İlham Əliyev Məmmədbəyli kəndi Zəngilan rayonu Böyük Qayıdış proqramı AS İnşaat AS Group kəndin açılışı yaşayış evləri infrastruktur layihəsi yenidənqurma işləri Prezidentin təşəbbüsü fərdi yaşayış evləri inzibati binalar kommunikasiya infrastrukturu içməli su kanalizasiya sistemi qaz xətləri elektrik enerjisi günəş panelləri bərpa olunan enerji fiber optik internet asfalt yollar abadlıq işləri yaşıllaşdırma sosial infrastruktur tarixi bulaq türbə motivləri memarlıq kəndsalma layihəsi Ağıllı kənd Ağalı kəndi tunel bağlantısı sosial rifah enerji səmərəliliyi regionların inkişafı kənd təsərrüfatı tikinti sektoru dövlət layihələri Prezident İlham Əliyevin rəhbərliyi müasir kənd modeli
05.11.2025 17:24
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18