Expressbank Ağdamda “Zəfər naminə” ağacəkmə aksiyası keçirib
Expressbank sosial məsuliyyət strategiyasına sadiq qalaraq “Təbiətə qayğı – Gələcəyə miras” layihəsi çərçivəsində həyata keçirdiyi ənənəvi ağacəkmə aksiyasını bu il “Zəfər naminə!” şüarı altında 44 Günlük Vətən Müharibəsindəki zəfərimizin 5-ci ildönümünə həsr edib.
Zəfər Günü münasibətilə keçirilən bu aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Expressbank əməkdaşları tərəfindən Ağdamın Sarıcalı kəndində təşkil edilib. Aksiya çərçivəsində əraziyə 200 ədəd Yapon əzgili, Xan çinarı və Eldar şamı kimi iqlim şəraitinə uyğun, uzunömürlü ağac növləri əkilib.
Bu təşəbbüs azad edilmiş torpaqlarda ekoloji tarazlığın bərpasına və yaşıllıqların artırılmasına töhfə verməklə yanaşı, şəhidlərimizin xatirəsinə ehtiram rəmzi kimi həyata keçirilib.Layihə Expressbankın dayanıqlı bankçılıq prinsiplərinə əsaslanaraq cəmiyyətə, ətraf mühitə və gələcək nəsillərə dəyər qatmaq məqsədini daşıyır. Bank sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi ekoloji təşəbbüslərlə ölkənin yaşıl gələcəyinə töhfə verməyə, ətraf mühitin qorunmasına və dayanıqlı inkişaf məqsədlərinin reallaşmasına daim dəstək göstərir.
Qeyd edək ki, 2025-ci il ərzində Expressbank Böyük Zəfərin 5-ci ildönümünün əhəmiyyətini bir sıra silsilə tədbirlərlə vurğulayıb. Belə ki, Bank “YAŞAT” Xeyriyyə Marafonuna 50 000 AZN ianə ilə qoşularaq şəhid övladlarının təhsil imkanlarının genişlənməsinə və onların gələcəyinin formalaşmasına qayğısını ifadə edib.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




