Dolların 13,5% dəyər itirəcəyi proqnozu verilib - Dollar Gülümsəməsi
Londonda yerləşən sərmayə idarəetmə şirkəti "Eurizonun" İcraçı direktoru Stephen Jen-ə görə, dollar son dövrlərdə müəyyən qədər bahalaşsa da, yaxın gələcəkdə dünyanın digər regionlarında iqtisadi artımın bərpası ilə daha da dəyər itirəcək.
Marja.az xəbər verir ki, uzun müddətdir dolların zəifləyəcəyini proqnozlaşdıran və “dollar gülümsəməsi” (Dollar Smile) nəzəriyyəsi ilə tanınan Jen hesab edir ki, 2025-ci ildə təxminən 7% dəyər itirmiş dollar indeksi, ABŞ Prezidenti Donald Trampın vəzifədə qalan müddətində əlavə olaraq 13,5% ucuzlaşacaq. Doların daha da zəifləməsi “dollar gülümsəməsi” çərçivəsinə uyğun gəlir.
Bu nəzəriyyəyə görə, dolların güclü olduğu dövrlər adətən ABŞ iqtisadiyyatının ya çox güclü, ya da dərin resessiya (durğunluq) içində olduğu zamanlarda ortaya çıxır; iqtisadi artımın yalnız orta səviyyədə olduğu dövrlərdə isə dollar zəifləyir. Jen son həftələrdə dolların bəzi itkilərini bərpa etməsinə baxmayaraq, “növbəti böyük hərəkətin yenə aşağı yönlü olacağını” bildirib.
Bu il dolların yaşadığı itkilərin ABŞ-da tətbiq olunan siyasətlərin sərmayəni dollar aktivlərindən uzaqlaşdırması ilə bağlı olduğunu, lakin bu sərmayənin Avropa və ya Asiyaya ciddi şəkildə yönəlmədiyini qeyd edən Jen əlavə edib: “Hələ də ABŞ iqtisadiyyatında yumşaq eniş gözləyirik və bu, dünyanın qalan hissəsindəki iqtisadi sürətlənməni tamamlayacaq.”
Dünyada ticarət müharibələrinin gərginliyinə baxmayaraq, Avropada iqtisadi artımın yaxşılaşması və Çinin hələ də “çox rəqabətcil” olması səbəbindən qlobal iqtisadiyyatın daha yaxşı performans göstərəcəyi gözləntilərinin ümidverici olduğunu bildirən Jen, bu vəziyyətin dolların cəlbediciliyini azaldacağını vurğulayıb. O, həmçinin Tramp administrasiyasının ABŞ istehsal sektorunu canlandırmaq üçün xərcləri azaltmaq məqsədilə dolların daha da zəifləməsinin vacib olduğunu bildirib.
Eyni zamanda Jen, dollar kimi böyük rezerv valyutalarına olan marağın azalmasının qızıl və Bitcoin-də rekord yüksəlişləri stimullaşdırmağa davam edəcəyini proqnozlaşdırır. Jen nəticə olaraq ABŞ-ın “bir neçə il davam edəcək dollar tənzimləməsinin üçüncü və ya dördüncü mərhələsində” olduğunu qeyd edib.
“Dollar Smile” (Dollar Gülümsəməsi) - iqtisadiyyatda ABŞ dollarının davranışını izah edən məşhur nəzəriyyədir. Bu nəzəriyyəyə görə, dolların dəyəri üç əsas vəziyyətdə yüksək olur və dolların dəyəri qrafik üzərində gülümsəmə formasında görünür:
ABŞ iqtisadiyyatı çox güclü olduqda – iqtisadi artım yüksəkdir, faiz dərəcələri yüksəkdir, bu da dolların cəlbediciliyini artırır.
ABŞ iqtisadiyyatı çox zəif və ya resessiya içində olduqda – investorlar riskdən qaçaraq “təhlükəsiz liman” olaraq dolları seçirlər, bu da dolları gücləndirir.
ABŞ iqtisadiyyatı orta səviyyədə artdıqda – iqtisadi artım nə çox güclüdür, nə də çox zəif, dollar zəifləyir, çünki investorlar risk aktivlərinə (məsələn, Avropa və Asiya valyutalarına, səhmlərə) yönəlirlər.
Sadə desək, dollar güclü olduğu zamanlar iqtisadiyyat ya çox yaxşı, ya da çox pisdir; orta səviyyədə olduğu zaman isə dollar zəifləyir. Bu səbəbdən dolların davranışı qrafikdə gülümsəmə formasına bənzəyir – buna görə nəzəriyyəyə Dollar Smile deyilir.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
10 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
-
- 28 d. əvvəl
- 36 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 3 saat əvvəl
-
15 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın ixracı və idxalı azalıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb
Ən çox oxunanlar
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı






.jpg)










.jpg)





