SOCAR İstiqrazları yenidən bahalaşıb
Azərbaycanda kütləvi şəkildə alınıb-satılan yeganə qiymətli kağızlar – SOCAR İstiqrazları yenidən bahalaşıb.
İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən "Marja"ya verilən məlumata görə, hazırda SOCAR İstiqrazlarını birjada 1 007 dollara satmaq, 1 010 dollara almaq olar.
Bahalaşmanın əsas səbəbi bazarda istiqrazlara tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşmasıdır. Nominal qiyməti 1 000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İndiyədək istiqraz sahibləri üç dəfə – 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində faiz ödənişi (hər istiqraza görə 12,5 dollar) alıb və onlara ümumilikdə 3,75 milyon dollar ödənilib. Növbəti ödəniş oktyabrın 17-də nəzərdə tutulub və həmin gün investorlara 1,25 milyon dollar ödəniləcək.
Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə son bir həftədə təkrar bazarda 1 milyon dollardan artıq SOCAR İstiqrazı alınıb-satılıb.
İnvestorların SOCAR İstiqrazlarına marağını artıran digər cəhət SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.
Bu səbəbdən fiziki və hüquqi şəxslər arasında SOCAR İstiqrazlarına böyük tələbat yaranıb.
Qeyd edək ki, təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da var.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
8 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
10 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
11 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)





.jpg)






.jpg)





