"Kino Agentliyinin ildə 3-4 filmi bizim kinonu inkişaf etdirə bilməyəcək"
"Dövlət də, kino ictimaiyyəti də çalışmalıdır ki, kino bazarı yaransın. Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dövlətindir. O, dövlətin ideologiyasını, siyasətini, istəklərini ifadə edən filmlər çəkmək üçün ildə 2-3 film sifariş verəcək. Amma tək bununla kino sənayesi inkişaf etmir. Müəllif kinosu, azad kino və s. paralel inkişaf etməlidir ki, kino bazarı yaransın. Məsələn, qurumlar dövlətlə paralel olaraq müstəqil filmlər çəkməlidirlər. Öz filmlərimiz kinoteatrlara girməlidir ki, kino industriyası inkişaf etsin. ARKA-nın ildə 3-4 filmi bizim kinonu inkişaf etdirə bilməyəcək".
Bunu əməkdar artist Rasim Cəfərin APA-ya müsahibəsində bildirirb.
Onun sözlərinə görə, "baxış bucağımızı dəyişməliyik": "Mən “Buzovna” filminin heyətini tanıyıram. Çox istedadlı uşaqlardır. Filmin rejissoru Elvin Rüstəmzadə istedadlı rejissordur. İndi gəncdirlər də. Düzdür, həmin dövrdə həm onların tərəfində idim, həm də deyildim. Çünki gəncdirlər, çəkmək istəyiblər və çəkiblər. Amma digər tərəfdən baxanda bəzi şeyləri nəzərə almaq lazımdır. Yəni, bura Fransa, İtaliya, İngiltərə deyil. Müəyyən şeyləri, kodeksləri, bizim mentalitetə uyğun “qırmızı xətləri” gözləmək lazımdır. Məsələn, həmin məsələ “Bir cənub şəhərində” filmində də var: “O günləri getmişdim Lorana. Bir dənə kişi çıxmadı qabağıma” – yəni, guya Loran adlı bir yerdə kişi yoxdur. Orada konkret olaraq deyə bilərdilər, amma Loran adlı yer realda yoxdur. Bundan qaçmışdılar. Deməli, müəlliflər öz arealını tanıyır, filmin kimə və hara üçün çəkildiyini bilir və anlayır ki, bu, sabah əks reaksiya doğura bilər.
Eləcə də biz. Əgər bunu öz auditoriyamız üçün çəkiriksə, müəyyən şeyləri nəzərə almalıyıq. Son dövrlər Elvin Rüstəmzadənin işlərinə baxıram. Çox istedadlı rejissordur. Hətta onun “Dalan” filmində mən də oynamışam. İstedadlı gəncdir. Sadəcə, bəzən müəyyən şeyləri nəzərə almaq lazımdır.
Necə deyərlər, bizdə belə bir məsələ var: “Nənəm mənə bel verib, gələn-gedəni vur deyib”. Azadlıq bu deyil. Mənim azadlığım sənin sərhədinə qədərdir. Yəni ordan o tərəfi artıq azadlıq deyil. Azadlıq o demək deyil ki, istədiyini elə, hamını söy. Belə olmur axı (gülür)".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























