Türkiyədə inflyasiya göstəricisində noyabr sürprizi: 30 ayın ən aşağı səviyyəsinə düşüb
Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatına görə, noyabr ayında ölkədə Ümumi İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) 0,87% artıb, illik artım isə 31,07% təşkil edib. Beləliklə, aylıq müqayisədə 2023-cü ilin may ayından bəri ən aşağı inflyasiya müşahidə olunub. İllik müqayisədə isə inflyasiya son 48 ayın ən aşağı səviyyəsinə enib.
Qidada 0,69% azalma
TÜİK məlumatına görə, ən yüksək çəkiliyə malik üç əsas xərc qrupunda noyabr ayı üzrə qiymət hərəkətləri fərqli istiqamətlərdə olub. Qida və spirtsiz içkilərdə aylıq 0,69% azalma baş verib və bu qrupun ümumi inflyasiyaya təsiri -0,17 faiz bəndi kimi hesablanıb.
Nəqliyyat və mənzil
Nəqliyyat qrupunda qiymətlər 1,78% artıb və ümumi indeksə 0,27 faiz bənd təsir edib.
Mənzil qrupunda qiymətlər 1,70% yüksəlib və bu artımın aylıq inflyasiyaya təsiri 0,29 faiz bənd olub.
İllik
Qida və spirtsiz içkilərdə illik artım 27,44% olub və bu qrupun illik inflyasiyaya təsiri 6,83 faiz bəndi təşkil edib.
Nəqliyyat qrupunda qiymətlər illik 29,23% artıb və illik inflyasiyaya 4,55 faiz bəndi təsir edib.
Mənzil qrupu üç əsas kateqoriya arasında ən yüksək illik artımı göstərib; 49,92% yüksəliş bu kateqoriyanın illik inflyasiyaya 7,57 faiz bəndi təsir etməsinə səbəb olub.
İndeksə daxil olan 143 əsas maddədən 108-də qiymət artımı, 28-də azalma, 7 maddədə isə dəyişiklik olmayıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2025-ci ilin sonu üçün inflyasiya proqnoz aralığını 31-33% səviyyəsinə yüksəltmişdir. 2026-cı ilin sonu üçün isə inflyasiyanın 13-19% aralığında azalacağı proqnozu qorunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























