"2018-də bir neçə bank bağlanacaq"
Zamiq Şükürov
Dünyada baş qaldıran və hazırda da davam edən qlobal maliyyə böhranı Azərbaycandan yan keçsə də bir sıra sahələrə təsirsiz ötüşmədi. Bu sahələrdən biri bank sektorudur ki, hazırda bu sektorda ciddi problemlər müşahidə olunmaqdadır.
Hesab edirəm ki, bu durum hələ bir müddət davam edəcək. 2016-cı illə müqayisə etdikdə bu il bank sektorunda hər hansı müsbət dinamikadan və ya inkişaf perspektivindən danışmaq hələ tezdir. Bir faktı qeyd edim ki, son illər ölkədə yaranmış işsizlər ordusunun çoxunu məhz bank əməkdaşları təşkil edir. Son iki ildir problemli aktivlərdə boğulan banklar demək olar ki, öz funksiyalarını tam şəkildə yerinə yetirə bilmirlər.
Faktiki olaraq bu gün banklar valyuta dəyişmə məntəqəsi rolunu oynayırlar. Real sektorun maliyyələşdirilməsi demək olar ki, yox səviyyəsindədir. Mərkəzi Bank milli məzənnəni sabit saxlamaq üçün dövriyyədə olan pul vəsaitlərini özündə akkumulyasiya edib.
Bank sektoru ilə bağlı bəzi rəqəmlərə toxunmaq istərdim. 2017-ci ilin ilk 5 ayında kreditləşmə səviyyəsi aşağı düşüb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya diqqət yetirsək cari ilin 5 ayında banklar tərəfindən 14,3 milyard manat kreditlər verilib. İlin əvvəlindən müştərilərə verilən kreditlərin həcmi 1,6 milyard manat azalıb. Burada əsas faktorlar banklarda problemli aktivlərin xüsusilə istehlak kreditləri portfelində müşahidə olunan ciddi problemlər, real sektordakı qeyri-müəyyənlik banklardakı likvidlik və.s göstərmək olar. Məlumdur ki, 2016-cı ildə 11 bank bağlanıb.
Hesab edirəm bu ilin sonuna doğru və 2018-ci il ərzində bir sıra banklar konsalidasiyaya getməsə daha bir neçə bank bağlanacaqdır.
Daha bir məqam 2017-ci il ərzində "Moodys” və "Fitch” reytinq agentliyi tərəfindən 5 bankın reytinqi aşağı salınıb. Bundan başqa bu il ərzində əhalinin banklardakı əmanətləri azalaraq 6 milyard 873,2 milyon manat təşkil etmişdir ki, bu da son 3 ilin ən pis göstəricisidir. Müqayisə üçün qeyd edim ki, 2016-cı ilin sonuna əhalinin banklardakı əmanətinin həcmi 7 milyard 448,7 milyon manat təşkil edirdi. Problemli aktivlər üzrə yaradılmış ehtiyatların həcmi artdığı üçün bankların mənfəəti kəskin aşağı düşmüşdur. Bu gün bankların dövlətin dəstəyinə ciddi ehtiyacı vardır. Digər bir nüans isə banklar idarəetmə sistemini təkmilləşdirməli, fəaliyyətlərində şəffaflıq prinsipi ön plana çəkilməlidir.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 20 d. əvvəl
- 31 d. əvvəl
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb























