SOCAR 225 milyon dollara Türkiyədə elektrik stansiyası aldı
SOCAR Türkiyədə elektrik stansiyasının satın alması ilə bağlı saziş imzalayıb
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasını satın alması ilə bağlı saziş imzalayıb.
Saziş 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.
Sazişə SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gama Enerji" şirkətinin rəhbəri Hakan Əhməd Özman imza atıblar.
Razılaşmaya əsasən, gücü 870 MVt olan elektrik stansiyasının 100 % payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir.
Qeyd olunur ki, bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.
XXX
Bakıda keçirilən 2-ci Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində "İç Anadolu Doğalgaz Kombine Çevrim Santrali"nin (Elektrik Stansiyasının) səhmlərinin tam şəkildə SOCAR-a satılması ilə bağlı razılaşma imzalanıb.
Marja xəbər verir ki, Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirak etdiyi mərasimdə sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "GAMA Enerji" şirkətinin İdarə Heyətinin sədri Ahmet Hakan Özman imzalayıb.
2016-cı ildən etibarən elektrik enerjisi istehsal edən "İç Anadolu Doğalgaz Kombine Çevrim Santrali" 870 meqavat güclə fəaliyyət göstərir.
XXX
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) bağlı "SOCAR Türkiye" şirkəti Orta Anadoluda yerləşən, 870 MVt gücündə elektrik stansiyasını ("Gama Enerji İç Anadolu") 225 milyon dollar qarşılığında satın almaq üçün razılaşma prosesindədir.
Marja xəbər verir ki, razılaşmanın Bakıda imzalanması nəzərdə tutulur.
Azərbaycan Baş naziri Əli Əsədov Azərbaycan–Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclasında etdiyi açıqlamada, SOCAR-ın Türkiyədə 870 MVt gücündə "Gama Enerji İç Anadolu" enerji stansiyasını satın almağı planlaşdırdığını bildirib. Əsədov, razılaşmanın 23 dekabr tarixində Bakıda keçiriləcək Azərbaycan–Türkiyə İnvestisiya Forumunda imzalanmasının nəzərdə tutulduğunu qeyd edib.
Səhmlərin hamısı "SOCAR Türkiye" şirkətinə keçəcək
Açıqlamaya görə, sözügedən əməliyyat tamamlandıqdan sonra "SOCAR Türkiye" "Gama Enerji İç Anadolu" stansiyasının səhmlərinin 100 faizinə sahib olacaq.
Danışıqlar daha əvvəl başlamışdı
Bu ilin may ayında stansiyanın hazırkı sahibi olan "Gama Enerji A.Ş."nin SOCAR Türkiyədən sözügedən aktiv üçün 225–250 milyon dollar aralığında qeyri-məcburi təklif aldığı və danışıqlara açıq olduğunu bildirdiyi qeyd olunmuşdu. Stansiyanın satın alınmasının SOCAR-ın böyüyən Türkiyə elektrik bazarındakı mövqeyini gücləndirəcəyi və təklif artıqlığı şəraitində alternativ gəlir mənbəyi yaradacağı qiymətləndirilir.
Portfelində hidroelektrik və külək stansiyaları da olan "Gama Enerji" üçün mümkün satış, tənzimlənən tariflər səbəbindən gəlirliliyi məhdud olan təbii qazla işləyən elektrik istehsalından çıxış anlamına gələcək.
SOCAR Türkiyənin Türkiyədəki investisiyaları
"SOCAR Türkiye Enerji" "Petkim Petrokimya Holdinq"inin 51 faiz nəzarət payına sahibdir. Şirkət həmçinin Türkiyədə STAR neft emalı zavodunu, bir konteyner terminalını və bir elektrik stansiyasını idarə edir. SOCAR Türkiyənin daxili bazara təbii qaz tədarük edərkən, Türkiyənin bir çox böyük şəhərlərindəki hava limanlarında təyyarə yanacağı doldurma məntəqələrini işlədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
-
49 d. əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
1 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
1 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti





















