Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama

Mərkəzi Bank 2026-cı ildə də Dollar/Manat məzənnəsinin sabit qalmasını hədəfləyir. Mərkəzi Bank: Məzənnə sabitliyi qiymət sabitliyinin (inflyasiyanın) başlıca lövbəri kimi çıxış edəcəkdir. 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcəkdir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcəkdir.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Qeyd edilib ki, məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcəkdir. Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir. Mərkəzi Bank növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaqdır.  

2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcəkdir. Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcəkdir. Mərkəzi Bank və fiskal orqanlar (ARDNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcəkdir.

İş elanları AzVak.az-da

pul siyasəti rejimi məzənnə sabitliyi qiymət sabitliyi lövbəri manatın məzənnəsi manat dollar məzənnəsi valyuta bazarında sabitlik tədiyə balansı cari əməliyyatlar hesabı profisiti 3 milyard dollar profisit ÜDM-in 3.7 faizi Mərkəzi Bankın proqnozları makroiqtisadi sabitlik strateji valyuta ehtiyatları valyuta ehtiyatlarının idarə edilməsi Mərkəzi Bank valyuta siyasəti banklararası məzənnə mexanizmi valyuta hərracları ARDNF valyuta satışları Dövlət Neft Fondu hərracları fiskal və monetar siyasət koordinasiyası Maliyyə Nazirliyi və Mərkəzi Bank valyuta bazarında tarazlıq Marja.az iqtisadi xəbərlər Azərbaycan iqtisadiyyatı maliyyə bazarları monetar rejim məzənnə siyasəti 2026 Mərkəzi Bankın rəsmi bəyanatı
25.12.2025 06:31

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18