Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib. Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub.
Xarici İşlər Nazirliyindən Modern-ə verilən məlumata görə, uzun müddət idi ki, Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi.
“Hazırda Monteneqro hökumətinin qərarına əsasən 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaq.
Viza rejimi barədə bu qərar Monteneqro Hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilib.
Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb.
Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları 90 gün ərzində Monteneqroda vizasız olaraq qala bilirlər.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
41 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























