Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06.01.2026-cı il tarixli Qərarı ilə "AtaSığorta" ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.
Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqları qorunması məqsədinə xidmət edir.
Satışları dayandırmaq barədə göstəriş verilmişdi
Bir müddət əvvəl Mərkəzi Bank “AtaSığorta” ASC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb. Qeyd edilmişdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilmişdir. Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılmışdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























