"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Beynəlxalq sığorta və risk qiymətləndirmə şirkəti Allianz Trade (əvvəlki Euler Hermes) Azərbaycanın ölkə risk reytinqini yenidən “C1” səviyyəsində sabit saxlayıb.
Şirkət Azərbaycanı yenidən “aşağı risk” (low risk) kateqoriyasına daxil edib və yaşıl zonada göstərib. Bu, ölkənin makroiqtisadi sabitliyinin və qısamüddətli maliyyə risklərinin azlığını əks etdirir.
Qiymətləndirməyə əsasən, Azərbaycanın maliyyə sistemi, xarici ödəniş qabiliyyəti və büdcə sabitliyi qorunur, lakin iqtisadiyyatın strukturunda və institusional mühitdə bəzi zəifliklər qalmaqdadır.
Allianz Trade vurğulayıb ki, ölkənin risk göstəricilərində dəyişiklik müşahidə olunmadığından, Azərbaycanın reytinqi sabit saxlanılıb.
Xatırladaq ki, “Allianz Trade” 2025-ci ilin ilk rübündə Azərbaycanın ölkə risk reytinqini C2-dən (orta risk) C1-ə (aşağı risk) yüksəldib.
Şirkət bunu ölkədə risk səviyyəsinin azalması və daha sabit iqtisadi-siyasi mühitin formalaşması ilə izah etmişdi.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















