Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək

Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi yeni Metodologiya əsasında müəyyən ediləcək. İllik faiz dərəcəsinin yuxarı həddi depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılacaq. Bu barədə qərar ildə 2 dəfə qəbul ediləcək. 28 yanvar 2026-cı il tarixli iclasda milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi dəyişdirilməyərək 12% səviyyəsində saxlanılıb. Məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilmişdir.

Bu barədə Marja.az-a Əmanətlərin Sığortalanması Fondundan bildirilib.

Reklam_3_11

Qeyd olunan Metodologiyanın məqsədi, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir.

Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası nümayiş etdirməklə 10% təşkil etmişdir.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 yanvar 2026-cı il tarixli iclasında, sözügedən Metodologiyadan irəli gələrək üzərinə 2 faiz bəndi əlavə edilməklə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməyərək 12% səviyyəsində saxlanılmasına dair qərar qəbul edilmişdir.

Qeyd edək ki, adı çəkilən Metodologiya əsasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinə dair növbəti qərarların ildə iki dəfə olmaqla qəbul edilməsi, həmin qərarların Fondun rəsmi internet səhifəsində açıqlanması və bank əmanətçilərinin müvafiq qaydada məlumatlandırılması təmin ediləcəkdir. Məlumat üçün bildirilir ki,  məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulmuşdur.

Sığortalanmış əmanət, o cümlədən ƏSF-yə üzv olan banklarda milli və xarici valyutada olan qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat növbəti keçid vasitəsilə əldə oluna bilər: https://adif.gov.az/az/insured-deposit.

İş elanları AzVak.az-da

Əmanətlərin Sığortalanması Fondu ƏSF qorunan əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Əmanətlərin Sığortalanması Fondu metodologiyası milli valyutada əmanətlər uzunmüddətli əmanətlər depozit faizləri bazar faiz dərəcəsi ƏSF Himayəçilik Şurası illik faiz dərəcəsi 12 faiz faiz dərəcəsi tənzimlənməsi qorunan əmanət faizləri bank əmanətçiləri məlumatlandırma Metodologiya qərarları ƏSF rəsmi internet səhifəsi növbəti qərar 2026 iyul sığortalanmış əmanət məlumatları banklarda milli və xarici valyutada əmanətlər Azərbaycan Mərkəzi Bankı bank əmanətləri tənzimlənməsi depozit faizi yuxarı həddi
30.01.2026 11:08

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18