Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Norm ICCX Academy Baku 2026-da yerli tərəfdaş qismində çıxış edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Norm şirkətinin yerli tərəfdaş olduğu ICCX Academy Baku beynəlxalq beton konfransı və sərgisi uğurla başa çatıb.

Reklam_3_11

200-dən çox iştirakçının, 20-dən çox sərgi iştirakçısının bir araya gəldiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən olan beton mütəxəssisləri aktual mövzularda təqdimatlarla çıxış ediblər.

Gün boyu davam edən konfransda beton texnologiyalarının tətbiqində dünya təcrübəsi, dayanıqlı inkişafı dəstəkləyən inşaat materialları, eləcə də tikinti sektorunda CO₂ emissiyalarının azaldılması strategiyaları diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin, Azərbaycanın müasir dəmir-beton konstruksiyalarına keçidi mövzusunda panel müzakirəsi baş tutub. Paneldə şirkətin CEO-su Henning Sasse və sərgi iştirakçısı olan beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər. Sessiya zamanı Azərbaycanda sənaye binalarının inşasında mövcud yanaşmalar və gələcəkdə müasir həllərin tətbiqi imkanları üzrə fikir mübadiləsi aparılıb. Panel çərçivəsində suallara cavab verən Henning Sasse Norm-un Azərbaycanın inşaat sektorunun modernləşdirilməsindəki rolunu, görülən təşəbbüsləri və müasir yanaşmalara keçidə dair şirkətin mövqeyini bildirib.

ICCX Academy Baku 2026 iştirakçılar tərəfindən maraqla qarşılanıb və  sektor nümayəndələri arasında peşəkar əməkdaşlığı təşviq edib.

Norm 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

02.02.2026 11:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar