Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.

Fevralın 10-da keçiriləcək iclasın gündəliyinə 12 məsələ daxil edilib.

1. “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Milli Məclis Milli Məclis iclası Milli Məclisin gündəliyi 10 fevral Milli Məclis iclası Azərbaycan parlamenti qanun layihələri kibercinayətkarlığa qarşı konvensiya Təhsil haqqında qanun dəyişikliyi Patent haqqında qanun mülki dövriyyədən çıxarılmış əşyalar Əmək Məcəlləsinə dəyişiklik Vergi Məcəlləsinə dəyişiklik Banklar haqqında qanun Gömrük tarifi haqqında qanun səhiyyə qanunvericiliyi dəyişiklikləri onkoloji yardım qanunu Cinayət Məcəlləsinə dəyişiklik Cinayət-Prosessual Məcəllə dəyişiklikləri uşaq hüquqları qanunu ailə məcəlləsi dəyişiklikləri gənclər siyasəti qanunu sosial xidmət qanunu media haqqında qanun reklam haqqında qanun tütün istifadəsinin məhdudlaşdırılması uşaqların zərərli informasiyadan qorunması kinematoqrafiya haqqında qanun yol hərəkəti haqqında qanun avtomobil yolları haqqında qanun Azərbaycan qanunvericiliyi yenilikləri parlament müzakirələri qanun layihələrinin oxunuşları
06.02.2026 10:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18