Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
2025-ci ildə əvvəlki illə müqayisədə mənimsəmə və ya israf etmə 35 faiz, kibercinayətlər 27,3 faiz azalıb, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma 3 dəfə, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 50,4 faiz, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 38,2 faiz, qaçaqmalçılıq 8,4 faiz artıb.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2025-ci il ərzində ölkədə 31 min 852 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 2024-cü ilin göstəricisindən 4,6 faiz azdır.
Marja.az məlumata istinadən xəbər verir ki, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 16 bənd azalaraq 311 olmuşdur. Onların 58,7 faizini az ağır, 27,6 faizini böyük ictimai təhlükə törətməyən, 13,7 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Cinayətlərin strukturunda 13 min 88 hadisə iqtisadi sahədə, 12 min 22 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5 min 590 hadisə şəxsiyyət əleyhinə, 1148 hadisə dövlət hakimiyyəti əleyhinə olan, 4-ü isə digər hüquqazidd əməllərdir.
2024-cü ildə cinayətlərin strukturunda 13 min 550 hadisə iqtisadi sahədə, 13 min 273 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5 min 337 hadisə şəxsiyyət əleyhinə, 1184 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 321 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 35-i isə digər hüquqazidd əməllər olmuşdu.
Ötən il qeydə alınmış 5 min 590 şəxsiyyət əleyhinə olan cinayətlərin 86 faizi həyat və sağlamlıq əleyhinə olan cinayətlərə, 6,5 faizi şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə, 4,4 faizi şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərə, 2,5 faizi insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlərə, 0,6 faizi isə yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlərə aiddir.
Həyat və sağlamlıq əleyhinə olan 4 min 806 cinayət hadisəsinin 3 min 654-nü qəsdən sağlamlığa yüngül zərər vurma, 570-ni qəsdən sağlamlığa az ağır zərər vurma, 262-ni qəsdən sağlamlığa ağır zərər vurma, 220-ni qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 23-nü əzab vermə, 11-ni ehtiyatsızlıqdan adam öldürmə, qalanlarını isə digər cinayətlər təşkil etmişdir.
2025-ci il ərzində əcnəbilər tərəfindən və ya onların iştirakı ilə 404 cinayət hadisəsi törədilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 16,5 faiz azdır.
2025-ci ildə əvvəlki illə müqayisədə əzab vermə 39,5 faiz, hədə-qorxu ilə tələb etmə 35,8 faiz, mənimsəmə və ya israf etmə 35 faiz, kibercinayətlər 27,3 faiz, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 16,2 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 12,4 faiz, oğurluq 10,8 faiz, insan alveri ilə bağlı cinayətlər 9,7 faiz, dələduzluq 6,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 4,7 faiz azalmışdır. Bununla yanaşı, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma 3,0 dəfə, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 50,4 faiz, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 38,2 faiz, qaçaqmalçılıq 8,4 faiz, qəsdən sağlamlığa yüngül zərər vurma isə 3,2 faiz artmışdır.
Hesabat dövründə 21 min 31 nəfər cinayət törətmiş şəxs müəyyən edilmiş, 14 min 953 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Cinayət məsuliyyətinə cəlb olunmuşların 53,1 faizi əmək qabiliyyətli yaşda olub, işləməyən və təhsil almayanlar, 23 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
56 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
3 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
.jpg)

















