Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə və Ukraynaya 90 milyard avro həcmində kreditin verilməsinə veto qoyub.

Bu barədə Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto Brüsseldə keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün nəticələrinə əsasən bildirib.

Reklam_3_11

Siyarto deyib ki, veto qərarına Ukrayna üzərindən "Drujba" boru kəməri ilə Rusiyadan Macarıstana neft tədarükünün dayandırılması səbəb olub.

"Açıq şəkildə bildirdim ki, biz Ukraynanın 90 milyard avro dəyərində kredit almasına dəstək verməyəcəyik, çünki ukraynalılar bizi şantaj edirlər", — macar nazir jurnalistlərə açıqlamasında qeyd edib.

Siyarto Macarıstana neft tədarükünün bərpasının Budapeştin mövqeyinin dəyişməsi üçün əsas şərt olduğunu vurğulayıb.

"Bu bizim hazırkı mövqeyimizdir. Buna görə də bu gün nə sanksiyalar paketi, nə də Ukraynaya kredit verilməsi barədə qərar qəbul edilib", — nazir əlavə edib.

İş elanları AzVak.az-da

© APA

23.02.2026 19:12

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18