Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı

Goldman Sachs Qətərdən LNG tədarükündə yaranmış fasilələr səbəbilə təbii qaz üzrə qiymət proqnozunu 1 MVsaat üçün 36 avrodan 55 avroya yüksəldib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal investisiya bankı təbii qaz üzrə qiymət proqnozunu 53% artırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın qlobal investisiya bankı "Goldman Sachs" təbii qaz qiymətləri ilə bağlı proqnozunu yuxarı istiqamətdə yeniləyib.

Marja xəbər verirk i, Bank 2026-cı ilin aprel ayı üzrə təbii qaz fyuçersləri üçün qiymət proqnozunu Qətərdən LNG (mayeləşdirilmiş qaz) daşımalarında yaranan fasilələr fonunda 1 MVsaat üçün 36 avrodan 55 avroya qaldırıb. Bununla da proqnoz təxminən 53% artırılıb.

Hazırda təbii qaz qiymətləri 43 avro səviyyəsində ticarət olunur.

Qeyd edək ki, Londonun Intercontinental Exchange (ICE) birjasında təbii qaz qiymətləri MVt·saat üçün avro ilə təqdim olunur.

Qətərin dövlət enerji şirkəti "QatarEnergy" Ras Laffan və Mesaieed şəhərlərində yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) zavodlarında istehsalı dayandırıb. Həmin obyektlər qlobal LNG təchizatının təxminən 20%-ni təmin edir. Bildirilir ki, istehsal müəssisədə su çənini hədəf alan pilotsuz uçuş aparatı hücumundan sonra dayandırılıb.

Qətərdən tədarükün kəsilməsi Avropa İttifaqının LNG idxalının təxminən 15%-ni risk altına salır. Qlobal LNG bazarında onsuz da məhdud olan təklif şəraiti bu hadisə ilə daha da gərginləşib və Avropanın ABŞ mənşəli LNG yükləri üçün daha yüksək qiymət təklif etməli ola biləcəyi qeyd olunur.

Digər tərəfdən, LNG daşıyan gəmilərin Hörmüz boğazı vasitəsilə keçidi dayandırması Yaxın Şərqdəki digər mühüm qaz istehsalçılarından da tədarükü məhdudlaşdırıb. Regionda təhlükəsizlik risklərinin artması enerji ticarətində logistika problemlərini dərinləşdirir.

Təklif tərəfdəki bu risklər Avropada nisbətən aşağı qaz anbarı səviyyələri ilə birlikdə qiymətlərə təzyiqi artırıb. Avropa İttifaqında qaz anbarlarının doluluq səviyyəsi hazırda 31%-dən aşağıdır. Bu göstərici ötən ilin eyni dövründə təxminən 40% idi.

İş elanları AzVak.az-da

Bundan əvvəl Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy İranın hava zərbələri ilə əlaqədar LNG və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib. Bu fonunda Avropada qaz kotirovkaları 1 000 kubmetr üçün 590 ABŞ dollarını ötüb.

03.03.2026 10:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18