İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
İranda müharibə başlamazdan əvvəl bazarlar İngiltərə Mərkəzi Bankının (Bank of England) gələn həftə keçiriləcək iclasında faiz dərəcələrini endirəcəyini gözləyirdi.
Marja xəbər verir ki, ABŞ və İsrailin böyük neft istehsalçısı olan İrana hücumu və müharibənin geniş Yaxın Şərq regionunda yaratdığı qeyri-müəyyənlik mart ayında faiz endirimi ehtimalını azaldıb.
JPMorgan-ın analitiki bildirirb ki, İngiltərə Mərkəzi Bankının 2026-cı ilin ilk yarısında faiz endirməsi mümkündür, lakin mart ayında belə bir addım artıq gündəmdə deyil. Belə ki, aprel ayında faiz endirimi üçün isə geosiyasi gərginliyin açıq şəkildə azalması lazımdır.
İqtisadçılar hesab edirdilər ki, Mərkəzi Bankın pul siyasəti üzrə komitəsi – zəif iqtisadi artım, zəifləyən əmək bazarı və inflyasiyanın azalması fonunda iqtisadiyyatı stimullaşdırmaq üçün faiz endirimini dəstəkləyə bilər. Lakin müharibə neft və qaz infrastrukturlarına zərər vurub və Hörmüz marşrutunun faktiki bağlanmasına səbəb olub. Bu isə qlobal enerji təchizatını risk altına salaraq qiymətlərin artmasına gətirib çıxarıb.
Martın 19-da keçiriləcək iclas enerji qiymətlərinin gələcək trayektoriyası ilə bağlı artan qeyri-müəyyənlik fonunda baş tutacaq və siyasətçilər ehtimal ki, qərar vermək üçün daha çox aydınlıq gözləməyi üstün tutacaqlar.
UBS-in proqnozuna görə, faiz endirimləri mart və iyun ayları əvəzinə artıq aprel və iyul aylarında baş verə bilər. Bununla belə, Yaxın Şərqdəki hadisələrin gedişi və enerji qiymətlərinə təsiri bu proqnoz üçün əsas risk olaraq qalır.
Enerji qiyməti şoku
Böyük Britaniya enerji qiymətlərindəki dəyişikliklərə xüsusilə həssasdır. 2025-ci ilin məlumatlarına görə ölkə neft ehtiyacının təxminən 40%-ni, təbii qazın isə 60%-ə qədərini idxal edir. Bu isə enerji qiymətlərinin artmasının istehlakçılar üçün daha yüksək xərclər demək olduğunu göstərir.
Ölkədə inflyasiya yüksək olsa da, yaz aylarında enerji qiymətlərinin azalacağı gözləntisi ilə son aylarda müəyyən qədər geriləmişdi. Yanvar ayında inflyasiya 3% təşkil edib. Bu göstərici əvvəlki ayda qeydə alınan 3,4%-dən aşağıdır. Bu vəziyyət faiz dərəcələrinin hazırkı 3,75% səviyyəsindən endiriləcəyi ilə bağlı gözləntiləri artırmışdı.
İqtisadçılar bildirirlər ki, bundan sonrakı proses əsasən İranla müharibənin nə qədər davam edəcəyindən və enerji təchizatının nə dərəcədə pozulacağından asılı olacaq.
Analitiklər qeyd qeyd edib ki, enerji qiymətlərindəki kəskin artım İngiltərə Mərkəzi Bankını çətin seçim qarşısında qoyur. Yüksək faiz dərəcələri və əmək bazarındakı zəifləmə monetar yumşalma üçün təzyiq yaratsa da, Yaxın Şərqdə gərginliyin sürətlə azalması baş verməzsə yeni inflyasiya dalğası riski mövcuddur.
Böyük Britaniya hökuməti isə neft və qaz qiymətlərini yaxından izlədiyini və ölkənin enerji təhlükəsizliyini qorumaq üçün bütün addımların atılacağını bildirib.
Hökumət qeyd edib ki, enerji qiymətlərinin əsasən beynəlxalq bazarlarda müəyyən edildiyi üçün ölkə bu sahədə “qiymət təyin edən deyil, qiyməti qəbul edən tərəfdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 saat əvvəl
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
-
5 saat əvvəl
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Odero ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçdi, xüsusi status aldı
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Pezeşkisn müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Əmanətiniz illik 12 % gəlir gətirsin!
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
"Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik"
"Biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq"
Ən çox oxunanlar
İran: Neftin 200 dollara qalxmasına hazır olun
Tramp: İranı sərt vurduq, amma hələ bitirməmişik
"Yanvarda ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub" - MƏTBUATA BƏYANATLAR
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
Dövlət şirkəti ləğv olunur























