"Banklar tələblərə riayət edirlər - müqavilə bağlanılmazdan əvvəl istehlakçılara məlumatlar təqdim edilir"
Bəzi ekspertlər qeyd edirlər ki, bankların tərtib etdikləri müqavilələr yalnız onların maraqlarına xidmət edir, müqavilə əhalinin başa düşməyəcəyi hüquqi dildə və kiçik şriftlərlə yazılır. Yəni, bu proses fonunda maliyyə sektorunda istehlakçıların hüquqlarının təmin edilməsi üçün mövcud qanunvericilik məhduddur və təkmil deyil. Bu sahədə hansısa addımlar atıla bilərmi?
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirirb ki, hazırda ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericilik bazası olduqca təkmildir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən də bu məsələyə xüsusi önəm verilməkdədir. Belə ki, hazırda bu istiqamətdə əlavə normativ aktların qəbulu nəzərdə tutulur. 2024-cü ildən etibarən Mərkəzi Bank daxilində ixtisaslaşmış bazar davranışlarına nəzarət və requlyasiya funksiyaları fəaliyyət göstərir və bu ildən etibarən müştəri hüquqlarının qorunmasına risk əsaslı nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, hər ay Mərkəzi Bank tərəfindən “Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi” yayımlanmaqdadır ki, bu indeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı nəzərə alınmaqla hesablanır.
"Mülki Məcəllədə “İstehlak krediti müqaviləsi üzrə ilkin məlumatlandırma” adlanan 746-1-ci maddə istehlakçıların hüquqlarının qorunmasına xidmət edir. Həmin maddənin tələblərinə əsasən, İstehlak krediti müqaviləsinin bağlanılmasından əvvəl borcverən tərəfindən kreditin növü, məbləği, valyutası, kreditin qaytarılma müddəti və ödəniş şərtləri, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi də daxil olmaqla kreditlə bağlı siyahısı dəqiq göstərilmiş məlumatlar istehlakçıya təqdim edilməlidir. Qeyd edilən maddədə göstərilən məlumatlar standart məlumatlandırma formasında əks etdirilir və bu forma Mərkəzi Bank tərəfindən təsdiq edilir.
Banklar tərəfindən bu maddələrin tələblərinə riayət edilir və istehlak krediti müqaviləsi bağlanılmazdan əvvəl istehlakçılara qeyd edilən məlumatlandırma formaları təqdim edilir. Müqavilə mətnlərində məlumatların istehlakçıların diqqətinə aydın şəkildə çatdırılmasını təmin edən uyğun şrift ölçüləri istifadə edilir",- Zakir Nuriyev deyib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
2 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
3 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
3 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb




















