FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı pul siyasəti faizini proqnozlara uyğun olaraq 3,50% – 3,75% aralığında sabit saxladı. Qərar qlobal maliyyə bazarlarında yaxından izlənərkən, investorlar bundan sonrakı mərhələdə inflyasiya və iqtisadi göstəricilərə əsasən formalaşacaq yeni addımları diqqətlə izləyəcəklər.ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faiz qərarını açıqladı.
Gözlənildiyi kimi, FED faizlərini 3,50%-3,75% aralığında sabit (dəyişməz) saxladı.
Bazarlar FED-in nə bu iclasda — və ya yaxın gələcəkdə heç bir iclasda — faiz endirimi etmə ehtimalını sıfır qiymətləndirirdilər. Qiymətləndirmələr göstərir ki, FED faiz endirməyi ən erkən sentyabrda, daha çox ehtimalla oktyabrda nəzərdən keçirə bilər və o zaman da bu il yalnız bir dəfə endirim edə bilərlər.
İran müharibəsi, neftin bahalaşması və bununla əlaqədar inflyasiyanın artması ehtimalı və əmək bazarından gələn qarışıq siqnallar FED-i gözləməyə məcbur edir.
Müharibədən əvvəl də investorlar bu iclasda faiz endirimi gözləmirdilər. Onlar, FOMC-nin iyunadək gözləyəcəyini, sonra ilin sonuna qədər ən az bir dəfə endirim edəcəyini düşünürdülər (CME Group-un FedWatch qiymətləndirmələrinə görə).
Lakin İrana hücumlar, onların neft və inflyasiyaya təsiri bazarın hesablamasını dəyişib.
FED-in inflyasiya hədəfi 2%-dir. Artıq bir neçə ildir ki, bu hədəfdən uzaqdadır.
Donald Tramp uzun illər mərkəzi banka, xüsusən FED sədri Cerom Pauelə faizləri azaltması üçün təzyiq göstərib. Bazar ertəsi mediaya açıqlamasında Tramp sədrə hücum edərək, xüsusi iclas çağırmalı olduğunu bildirib.
O deyib: “Faizləri endirmək üçün daha yaxşı vaxt nədir? Üçüncü sinif şagirdi bunu bilərdi.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
16 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)








