970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti “Karyera Həftəsi” keçirilib. “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov da çıxış edib. O, tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcək təcrübələrini bölüşüb.

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyib, gələcək karyera həyatları üçün faydalı məlumatlar alıblar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB KaryeraHəftəsi ADAUniversiteti ABBtərəfdaşlıqdəstəyi karyeratədbiri tələbələrüçünkaryera əməkbazarıAzərbaycan banksektorukaryera gənclərüçünkaryerafürsətləri ABBkaryeraimkanları ADAkaryerahəftəsi tələbəvəməunlar karyerapanelləri seminarvətəqdimatlar Azərbaycanbanksektoru gənclərüçünbankkaryerası AqşinƏmirov ABBidarəheyəti tələbələrləgörüş işgüzarəlaqələr universitetkaryeratədbiri
17.04.2026 15:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19