McDonald’s Azərbaycan dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO
(®) Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.
Belə nümunələrdən biri 10 yaşlı Fəqan Ağacabəyovdur — o, ehtiyatda olan kapitan, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi qazisi İsmayıl Ağacabəyovun oğludur.
İstanbulda keçirilən WSF Shotokan üzrə 16-cı dünya çempionatında Fəqan qızıl medal qazanıb.
Fəqan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdidir və peşəkar şəkildə karate ilə məşğul olur. Yaşının az olmasına baxmayaraq, o, artıq dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. Onun aktivində Macarıstan, Türkiyə və Bolqarıstanda keçirilən Avropa çempionatları və beynəlxalq turnirlərin qızıl medalları var.
İdmançı növbəti uğurunu İstanbulda keçirilən dünya çempionatında qazanıb. Güclü rəqabət şəraitində Fəqan bütün döyüşlərdə qalib gələrək dünya çempionu adına layiq görülüb.
Fəqanın beynəlxalq turnirdə iştirakı McDonald’s Azərbaycan tərəfindən dəstəklənib — şirkət onun uçuş və yarış xərclərini qarşılayıb.
Bakıya qayıtdıqdan sonra Fəqan üçün McDonald’s restoranlarından birində görüş təşkil olunub. Görüşdə McDonald’s Azərbaycan Müşahidə Şurasının sədri Fərid Əlizadə, McDonald’s Azərbaycan-ın Baş direktoru Oskar Boqopolskiy və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin rəhbəri Elnur Məmmədov iştirak ediblər. Onlar Fəqanı qələbə münasibətilə təbrik edib və ona uğurlar və yeni nailiyyətlər arzulayıblar.
Dəstək McDonald’s Azərbaycan ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində göstərilib. Memorandum korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsinə və Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinin uşaqlarına dəstəyə yönəlib.
Son illər ərzində McDonald’s Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bir sıra sosial, təhsil və yaradıcılıq təşəbbüslərini həyata keçirib. Bunlara şəhid ailələrinin uşaqlarının məktəb ləvazimatları ilə təmin olunması, təhsil proqramlarının dəstəklənməsi və beynəlxalq olimpiadalarda iştirak, yay istirahətinin təşkili, eləcə də McDonald’s restoranlarında uşaqlar üçün tədbirlərin keçirilməsi daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA





















.jpg)

