970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Expressbank"da yeni təyinatlar olub

Samir Tağıyev Komplayens departamentinin direktoru, Elnur Məmmədov Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrinə təyin olunublar
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Expressbank"da yeni təyinatlar olub
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Expressbank" ASC-nin Müşahidə Şurasının qərarı ilə bank, hüquq və nəzarət sahəsində uzunillik təcrübəyə malik Samir Azadxan oğlu Tağıyev Komplayens departamentinin direktoru, zəngin bankçılıq və risk menecmenti təcrübəsinə malik Elnur Yavər oğlu Məmmədov Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrinə təyin olunublar.

Bu barədə Marja.az Banka istinadən xəbər verir.

Reklam_3_11

Samir Azadxan oğlu Tağıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, Bakı Dövlət Universitetində hüquq üzrə, Azərbaycan Dövlət İqtisad Universitetində isə Biznesin Təşkili və İdarəedilməsi üzrə magistr təhsili almışdır.

O, 2012 – 2016-cı illərdə “Dəmirbank” ASC-də Hüquq departamentinin Bank Fəaliyyətinin Hüquqi Tənzimlənməsi şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.

2016–2021-ci illərdə “Yelo Bank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq, son olaraq Hüquq departamentinin direktoru vəzifəsini tutub. 2021–2022-ci illərdə “Kapital Bank” ASC-də Hüquq və Komplayens departamentində şöbə rəisi kimi fəaliyyətini davam etdirib.

Karyerasının davamında, 2022-2025-ci illər ərzində "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsdə şöbə müdiri vəzifəsində çalışıb.

Bundan sonra “Expressbank” ASC-nin Korporativ Hüquq şöbəsinin rəhbəri olaraq fəaliyyətinə davam edib.

Elnur Yavər oğlu Məmmədov – Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin İdarə Edilməsi (MBA) üzrə magistr pilləsini tamamlamışdır.

O, 2008 – 2015- ci illər ərzində “Yapı Kredi Bank” QSC-də və “TuranBank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq əməliyyat risklərinin idarə edilməsi sahəsində mühüm təcrübə qazanıb və Əməliyyat, İmic və Strateji Risklərin İdarə Edilməsi şöbəsinin müdir müavini vəzifəsinə qədər yüksəlib.

2015 – 2019-cu illərdə "AtaBank" ASC-də Risk Menecmenti departamentinin Əməliyyat Risklərinə Nəzarət şöbəsinin rəisi vəzifəsinə qədər karyera yüksəlişi əldə edib.

2019-cu ildə fəaliyyətini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirən Elnur Məmmədov burada makroprudensial nəzarət və risklərin idarə edilməsi istiqamətində çalışıb.

2020-ci ildən etibarən isə Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, prudensial siyasət üzrə aparıcı və böyük analitik, daha sonra Əməliyyat Riskləri şöbəsinin rəisi, son olaraq isə Risklərin İdarə Edilməsi departamentinin Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bank yeni təyinatların idarəetmə strukturunun daha da gücləndirilməsinə, risklərin effektiv idarə olunmasına və komplayens mühitinin beynəlxalq standartlara uyğun inkişafına mühüm töhfə verəcəyinə inanır.

Expressbank Expressbanktəyinat SamirTağıyev ElnurMəmmədov banktəyinatı Azərbaycanbanksektoru komplayensdepartamenti risklərinidarəedilməsi bankkomplayens bankriskmenecmenti Expressbankxəbər bankkadrdəyişikliyi bankidarəetməsi Azərbaycandabanklar banksektoru2026 bankrəhbərtəyinatı bankidarəetməstrukturu komplayensdirektoru riskdepartamentidirektoru banksektoruxəbərləri
05.05.2026 18:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19