"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"
"Faiz dərəcələrinin kəskin artırılması iqtisadiyyatın dəstəklənməsinə mənfi təsir göstərə bilər""Mərkəzi Bank inflyasiya üzrə proqnozlarını yuxarı istiqamətdə yeniləyib Amma bu, o demək deyil ki, növbəti aylarda faiz dərəcəsinin parametrlərini də yuxarı doğru dəyişəcəyik".
Marja xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Çünki düşünürük ki, hazırda bu istiqamətdə hər hansı işarə və ya siqnal vermək üçün kifayət qədər tezdir. Qeyri-müəyyənliklər hələ də çoxdur. Xüsusilə Yaxın Şərqdə baş verən münaqişəni nəzərə alsaq, risklərin və qeyri-müəyyənliklərin yüksək olduğunu görürük" - Kazımov deyib və əlavə edib:
"Biz, sözsüz ki, prosesləri təhlil edir və yaxından izləyirik. Amma bildirmək istəyirəm ki, hazırda faiz parametrlərimizi yuxarı doğru reviziya edəcəyimizə dair birmənalı işarə vermək hələ tezdir. Yenə də vurğulamaq istəyirəm: inflyasiya proqnozlarını yuxarı doğru reviziya etmişik, lakin təhlillərimiz göstərir ki, bunun əsas səbəbləri məhz təklif amilləridir. Bugün əlimizdə olan və indiyə qədər bizə ciddi dəstək verən əsas alətlərdən biri sabit məzənnə rejimidir. Bu rejim vasitəsilə nominal effektiv məzənnənin köməyi ilə idxal olunan inflyasiyanın kəskin artmasının qarşısını almağa çalışırıq. Hesab edirik ki, həm bugünə qədər, həm də əvvəlki illərdə sabit məzənnə rejimi idxal inflyasiyasının qismən qarşısının alınmasında mühüm rol oynayıb. Tələb amillərini də diqqətlə izləyirik. Bugünkü inflyasiyanın dekompozisiyasında tələb amillərinin payı təxminən 20-30 faiz təşkil edir. Bu situasiyada faiz dərəcələrinin kəskin artırılması iqtisadiyyatın dəstəklənməsinə mənfi təsir göstərə bilər. Çünki bu, istehlakı azalda bilər. Nəzərə alsaq ki, inflyasiyanın artım səbəbləri əsasən tələb amilləri ilə bağlı deyil, hazırkı mərhələdə həmin tələb amillərinin sərt şəkildə sıxılmasını məqsədəuyğun hesab etmirik".
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06 Aprel 2026-cı il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır).
Mərkəzi Bank inflyasiya proqnozunu artırıb
Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində (2% - 6% aralığında) olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir.
Bu barədə Marja Mərkəzi Banka istinadən xəbər verir.
Öncəki proqnozda illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağı gözlənilirdi.
Qeyd edilib ki, inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.
Vurğulanıb ki, artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır.
2026-ci ilin martında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)



.jpg)











.jpg)

