Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
"Hər razılaşma əldə etdiyimizdə, İran ertəsi gün sanki o söhbəti heç etməmişik kimi davranır. Onlarda bir problem var”ABŞ Prezidenti Donald Tramp İranın müqavimətini kiçiltmədiyini, lakin istəsələr İranın infrastrukturunu iki günə məhv edə biləcəklərini iddia edib.
Marja xəbər verir ki, Çinə səfərinin əks-sədaları davam edən ABŞ Prezidenti Tramp "Fox News" kanalına verdiyi müsahibədə İran gündəmini dəyərləndirib.
İranın müqavimətinin fərqində olduğunu və heç nəyi kiçiltmədiyini vurğulayan Tramp, buna baxmayaraq istədikləri təqdirdə qısa müddətdə İrana böyük zərər vura biləcəklərini deyib.
İranın bütün infrastrukturuna zərər vermədiklərini bildirən Tramp, “Hər şeyi iki günə məhv edə bilərik” deyib.
ABŞ Prezidenti İranla diplomatiyada təkrarlanan problemlərə istinad edərək, “Tehran danışıqlarda etibarsız və proqnozlaşdırıla bilməyən tərəfdir” fikrini səsləndirib.
Tramp, “Bizə istədiyimiz hər şeyi verəcəkdilər, amma hər razılaşma əldə etdiyimizdə, ertəsi gün sanki o söhbəti heç etməmişik kimi davranırlar. Bu, yəqin ki, beş dəfə baş verib. Onlarda bir problem var” deyib.
Tramp həmçinin mümkün bir həll yolunun hərbi və ya diplomatik ola biləcəyini və bunun İranın mövqeyindən asılı olacağını qeyd edərək, “Ya şiddətli olacaq, ya da şiddət ehtiva etməyəcək, mən şiddət ehtiva etməyəni üstün tuturam” deyə bildirib.
Tramp, Tehranın nüvə silahına sahib ola bilməyəcəyi barədə fikrini bir daha təkrarlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)


