"Bankir və borcalan tələyə düşürlər"
“Kredit Zəmanəti Fondu bank müştəri münasibətlərinə müsbət təsir göstərən mexanizmdir”
“Marja” xəbər verir ki, bu sözləri “Azərbaycan Bank Tədris Mərkəzi” nin direktoru Cavanşir Abdullayev deyib.
Onun sözlərinə görə, bu gün girov qoyulmasında və girovun satışında ciddi problemlər mövcuddur:
"Müştərinin riskləri yüksək olduğuna görə bank bir neçə təminat istəyir. Təminatın sənədləşdirilməsi müəyyən qədər vaxt aparır, əlavə xərclər yaradır. Üstəlik, təminatın qiymətləndirilməsi, sığortalanması xərcləri də ola bilir. Elə kiçik və orta biznes sahibləri var ki, onlar götürülən kredit qədər təminat verə bilmirlər və ya verdikləri təminatlar bankları qane etmir. Bu ən ciddi problemlərdən biridir”.
“Digər tərəfdən də, Azərbaycanda götürüən girovun satılması uzun, çox çətin bir məsələdir” deyən Cavanşir Abdullayev sözlərinə belə davam edib:
“Əgər sabah borcalan krediti qaytarmasa bank təminata (girova) iddia yönəldir. Qüvvədə olan qanunvericiliyə əsasən uzun məhkəmə prosesləri gedir. Bundan sonra icra mexanizmi var. Yəni, kifayət qədər uzun vaxt gedir, çoxlu xərclər çəkilir. İcra, auksionüçün pullar ödənilir və s. Bankir də kredit verəndə gözlənilən bu riskləri və xərcləri nəzərə alır və kreditin faizini müəyyənləşdirir. Nə qədər risk və xərc yüksəkdirsə, kreditin faizi də yuxarı qalxır. Kreditin faizi yuxarı qalxdıqda da, kreditin geri qayıtması pisləşir. Sanki borcalan və bankir bir tələyə düşürlər. Bankir riskini azaltmaq üçün faizi qaldırır, faizi qaldıranda da problemli kredit artır. Bir-birinə əks proses baş verir. Amma Kredit Zəmanət Fondu olarsa bu problem xeyli aradan qalxar. Çünki riski dövlət də üzərinə götürəcəkdir”.
Cavanşir Abdullayev əlavə edib ki, dünya təcrübəsnə görə, Kredir Zəmanət Fondu bütün kreditlərə deyil, prioritet sahələrə verilən kreditlərə zəmanət verir.
"Kredit Zəmanət Fondu maliyyəyə çıxışı yaxşılaşdıracaq, bank-müştəri münasibətlərini normallaşdıracaq və kredit faizlərinin aşağı düşməsini stimullaşdıracaq",- o deyib.
Qeyd: Xəbər Cavanşir Abdullayevin “Banklar və Biznes” qəzetinə müsahibəsindən istifadə edilərək hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
19 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 23 d. əvvəl
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
3 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























