Azərbaycanda Ticarət Gəmiçiliyi Məcəlləsi dəyişdirilir
Azərbaycanın Ticarət Gəmiçiliyi Məcəlləsinin 280-ci maddəsindəki məsuliyyətin ümumi hədlərinə dəyişiklik edilməsi təklif olunur.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin ümumi müzakirəyə tövsiyyə etdiyi “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, indiyə qədər vətəndaşın həyatına və yaxud sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblər üzrə tutumu 500 tondan artıq olan gəmi üçün cərimənin məbləği 333 min hesablaşma vahidi (h.v.) idisə, bundan sonra bu rəqəmlər müvafiq olaraq 2 min ton və 3,02 mln. h.v. olacaq.
Bununla əlaqədar tutumu 501-3 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 500 h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 2 001-30 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 1 208 h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir.
Son nəticədə tutumu 3 001-30 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 333 min h.v. qədər əlavə cərimə tutulması tələbi ləğv edilir. Əvəzində tutumu 30 001-70 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 250 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 30 001-70 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 906 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz olunur.
Bundan başqa, tutumu 70 000 tondan artıq olan gəmi üçün 500 tondan artıq tutuma görə 167 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 70 000 tondan artıq olan gəmi üçün 2 min tondan artıq tutuma görə 604 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir.
Ticarət Gəmiçiliyi Məcəlləsində digər (vətəndaşın həyatına və yaxud sağlamlığına ad olmayan) tələblər üzrə də məsuliyyətin ümumi hədlərinə dəyişiklik edilməsi təklif edilir. Qanun layihəsinə əsasən, əgər indiyə qədər tutumu 500 tondan artıq olan gəmi üçün cəmirənin məbləği 167 min h.v. qədər idisə, bundan sonra bu rəqəmlər müvafiq olaraq 2 min ton və 1,51 mln. h.v. olacaq.
Bununla əlaqədar tutumu 501-3 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 167 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 2 001-30 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 604 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir.
Son nəticədə, tutumu 3 001-70 000 ton arasında dəyişən gəmi üçün 500 tondan artıq tutuma görə 125 min h.v. qədər əlavə cərimə tutulması tutumu 30 001-70 000 ton arasında dəyişən gəmi üçün 2 min tondan artıq tutuma görə 453 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz olunur.
Bundan başqa, tutumu 70 000 tondan artıq olan gəmi üçün 500 tondan artıq tutuma görə 83 min h.v. qədər əlavə cərimə tutulması tələbi tutumu 70 000 tondan artıq olan gəmi üçün 2 min tondan artıq tutuma görə 302 min h.v. qədər əlavə cərimə tutulması tələbi ilə əvəz edilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)










.jpg)






