Caspian Energy Tourism Forum-a qeydiyyat davam edir
“Oktyabrın 18-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçiriləcək Caspian Energy Tourism Forum-a iştirakçıların qeydiyyatı davam edir”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
Onun sözlərinə görə, foruma qeydiyyat oktyabrın 17-dək açıqdır. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmalısınız: http://www.caspianenergy.org/index.php/registration/item/126-agro-industry-and-fmcg-forum-tourism-forum-18-10-2017
“Forum Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə təşkil olunacaq. Foruma həmçinin Xəzər-Qara dəniz regionu ölkələrinin iri avia və turizm şirkətlərinin rəhbərləri qatılacaqlar”, - deyə Telman Əliyev qeyd edib.
O həmçinin bildirib ki, sözügedən forum Caspian European Club və Caspian American Club üzvlərinin çoxsaylı xahişləri nəzərə alınaraq təşkil olunub. Bundan başqa, forum eyni zamanda tədbirdə iştirak etməsi planlaşdırılan dilpomatik nümayəndəlik və xarici şirkət rəhbərlərində də böyük maraq doğurub.
Telman Əliyev həmçinin xatırladıb ki, Caspian Energy Tourism Forum çərçivəsində Caspian European Club-un İdarə heyəti üzvlərinin əsas seçkiləri baş tutacaq. Seçkilərin nəticəsi elə həmin gün ənənəvi CEO Lunch Baku-da açıqlanacaq. Onun sözlərinə görə, oktyabrın 18-i günün ikinci yarısında Caspian European Club və Caspian American Club çərçivəsində “Vegilər Məcəlləsində dəyişikliklər” mövzusunda seminar keçiriləcək. Seminarı “Barattson School of Business and Finance” tədris müəssisəsinin nümayəndəsi Azər Qəmbərov aparacaq.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətləri üçün fəal meydan rolunu oynayır.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



