Regionlarda ixrac məhsulları istehsal edənlərə vergi güzəştləri gəlir!
Azərbaycanda vergi siyasətinin 2018-2021-ci illəri əhatə edən prioritet istiqamətləri açıqlanıb.
Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Sənəddə vurğulanıb ki, qeyd edilən dövrdə vergi ödəyicilərinin gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün optimallaşdırılması ilə qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması, ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmaların monitorinqinin aparılması, səmərəliliyinin müəyyən edilməsi, bu sahədə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Bundan başqa, istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə regionlarda ixrac yönümlü məhsulların istehsalı ilə məşğul olan ixracatçılara, kiçik və orta sahibkarlıq subyektlərində muzdla işləyən işçilərin sayından əmək haqqı fondundan asılı olaraq əlavə vergi güzəştlərinin tətbiqi mexanizminin işlənib hazırlanması planlaşdırılır.
Bununla yanaşı, vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının təkmilləşdirilməsi, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakının təmin edilməsi də nəzərdə tutulur.
Qeyd edilən dövrdə ƏDV qeydiyyatında olan və Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla dövrü olaraq xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması və xronometraj metodu ilə müşahidənin aparılması qaydaları, o cümlədən məcburi xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektlərin meyarları müəyyənləşdiriləcək.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 2 gün sonra
- 51 d. əvvəl
-
53 d. əvvəl
"PAŞA Bank" illik 9%-dək gəlir gətirən yeni rəqəmsal depozitlərini təqdim edir
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qumarı reklam edən 17 tiktoker, o cümlədən məşhur reper saxlanılıb - VİDEO
-
1 saat əvvəl
Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
GAC-də fürsətlər hələ davam edir - QİYMƏTLƏR
Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
Ən çox oxunanlar
Zəfər Gününün hava proqnozu açıqlanıb
"Tesla şirkəti nəhəng yarımkeçirici zavodu tikməli olacaq"
“Premium Bank”dan Zəfər Gününə özəl kredit kampaniyası!
Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi
10 ayda 183 milyon manatdan ƏDV qaytarılıb
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
















.jpg)




.jpg)
