Alibaba-nın qazancında böyük artım
Çinin elektron ticarət nəhəngi Alibaba, 2017-ci ilin 3-cü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 132 faiz daha çox qazanc əldə etdiyini açıqlayıb. Sosial media nəhəngi Facebook-un xalis mənfəəti 79 faiz artım göstərmişdi.
"Marja" xəbər verir ki, Alibaba-dan verilən açıqlamada, şirkətin İyul- Avqust-Sentyabr aylarını əhatə edən 3-cü rübdəki xalis mənfəəti, 132%-lik "parlaq bir artımla", ötən ilin eyni dövrünə nisbətən 7,62 milyard yuandan 17,67 milyard yuana (2,67 milyard dollara) çatdığı qeyd olunub.
Alibaba-nın Maliyyə direktoru Meggie Vu, etdiyi açıqlamada, "İnanılmaz bir rüb yaşamışıq. Bu rübdə, bütün gəlirlərimiz 61 faiz artmaqla parlaq nəticələrə nail olmuşuq" ifadələrini istifadə edib.
Alibaba-nın üçüncü rübdəki gəlirləri 52 milyard yuan səviyyəsindəki proqnozlardan irəli gedərək 55,1 milyard yuan olub.
FACEBOOK-UN MƏNFƏƏTİ 79 FAİZ ARTIB
Dünyada 2 milyarddan çox insanın istifadə etdiyi sosial media nəhəngi Facebook-un da, ilin üçüncü rübündə 4,7 milyard dollar xalis qazanc əldə etdiyi açıqlanıb. Facebook-un bu ilin üçüncü rübündə xalis mənfəəti, ötən ilin eyni dövrünə nisbətən 79 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
- 6 d. əvvəl
-
-
15 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
21 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
24 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
43 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Ən çox oxunanlar
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub









.webp)













