Vergilər naziri 4 departament rəhbərinin vəzifəsini dəyişdi!
Vergilər naziri Fazil Məmmədov 4 departament rəhbərinin vəzifəsini dəyişib.
Nazir həmçinin özünə yeni müşavir təyin edib.
F.Məmmədovun yeni müşaviri Qüdrət Seyfullayev olub. Bununla da nazirin müşavirlərinin sayı 13-ə çatıb.
Məlumata görə, Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov vəzifəsindən azad edilib və onun yerinə Zaur Fətizadə təyin edilib.
Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə də vəzifəsindən azad edilənlər arasındadır. Nazirin əmri ilə adıçəkilən Departamentin yeni baş direktoru Zamin Rzayev olub.
Nazirin digər bir əmri ilə Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru Toğrul Quliyev vəzifəsindən azad edilib. Onu bu vəzifədə Zöhrab Ömərov əvəz edib.
F.Məmmədov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə də təyinat edib. Bu Departamentin baş direktoru vəzifəsinə Natiq Şirinov gətirilib. Qeyd edək ki, Fərid Cəbrayıl uzun müddət bu vəzifəni müvəqqəti icra edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
8 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
13 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
13 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
15 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
15 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
























