"Veysəloğlu"nun dəstəyilə futbol turniri start götürüb
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı, İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfdaşlığı ilə mini futbol turniri start götürüb.
Qrupun İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marja”ya daxil olmuş məlumata görə, turnirdə Veysəloğlu MMC, Ulduz şokolad fabriki, Araz supermarketlər və Oba marketlər şəbəkəsindən ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparır. Reqlamentə əsasən turnir olimpiya sistemi üzrə keçirilir və məğub olan komanda çempionatı tərk edir. Keçirilən oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər briqadası tərəfindən idarə olunur.
Turnirin artıq iki oyunu baş tutub. İlk oyunda TESS (Maliyyə) Arazı təmsil edən eyniadlı komandanı 6:1 hesabı ilə məğlub edib. Turnirin ikinci qarşılaşmasında isə Vikinq (Nəqliyyat) və Maddi Vəsaitlər komandaları üz-üzə gəliblər. Bu görüşdən Maddi Vəsaitlər komandası meydandan qalib ilə ayrılıb- 7:3.
Turnirdə ilk 3 yeri qazanan komandalar kubok, medal, pul mükafatı və fəxri fərmanla təltif olunacaq. Bundan başqa çempionatın bombardiri, ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi və fair-play oyunçusu nominasiyası üzrə də mükafatlar təqdim olunacaq.
Xatırladaq ki, futbol turniri şirkətdaxili komunikasiyasının daha da inkişaf etdirilməsi, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, Veysəloğlu Qrup işçilərinin asudə vaxtlarının səmərəli keçirilməsi, əməkdaşlar arasında xoş ünsiyyətin yaranması məqsədilə keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
















.jpg)






