Trump-ın bazara müdaxiləsi pis nəticələnəcək - Xəbərdarlıq
Donald Trumpdan avtomobil şirkətlərinə ABŞ şərti
"Marja" xəbər verir ki, Yanvarın 20-də ABŞ-ın prezident kürsüsünü təhvil alacaq Donald Trump, ABŞ-da fəaliyyət göstərən avtomobil şirkətlərinə "ölkədə istehsal" mesajı verib.
Trump, Twitter hesabından verdiyi açıqlamada, son dövrdəki sözlərilə ABŞ-dan çıxan məşğulluğu geri gətirməyə başladığını vurğulayaraq, "Avtomobil şirkətləri və digərləri, əgər ölkəmizdə iş görmək istəyirlərsə, istehsalı yenidən burada həyata keçirmək məcburiyyətindədirlər" - ifadəsini istifadə edib.
Donald Trump, seçki kampaniyası zamanı istehsallarını ABŞ xaricinə daşıyan şirkətlərə geri dönmək çağırışı etmiş, əks halda ağır vergilər ödəyəcəklərilə təhdid etmişdi.
Trumpın sözlərindən sonra Ford 3 Yanvarda verdiyi açıqlamada, Meksikada 1,6 milyard dollara başa gələcək zavod investisiyasını ləğv edilərək sözügedən plan yerinə, ABŞ-ın Miçigan ştatında 700 milyon dollar məbləğində sərmayə qoyacağını və bunun 700 nəfərlik yeni məşğulluq təmin edəcəyi bildirilmişdi.
Mütəxəssislər, Trumpın sərbəst bazara etməyi planlaşdırdığı müdaxilələrin uzun perspektivdə Amerika iqtisadiyyatına və bazarlara mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edirlər.
Amerikalı şirkətlər, 1970-ci illərdən etibarən ABŞ-ın avtomobil mərkəzi kimi tanınan Miçigan ştatındakı istehsallarını, ucuz işçi güvvəsi imkanı təqdim etdiyi üçün Meksika, Cənubi Amerika və Asiyaya köçürməyə başlamış və nəticədə Miçigan ştatının ən böyük şəhəri olan Detroyt 2013-cü ild
iflasını açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























