“SOCAR-a hökumət "qazlaşma üçün" 100 milyon ayırıb”
Maliyyə naziri Samir Şərifov iki gündür parlamentdə deputatlar tərəfindən səsləndirilən təkliflərə münasibət bildirib.
Nazir qeyd edib ki, burada bəzi deputatlar qeyd etdi ki, büdcənin sosial xərcləri azaldılıb:
“Mən məsuliyyətlə deyirəm ki, bu ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılmayıb:
“Ən azı cari il səviyyəsində saxlanılıb. Büdcənin xərcləri artımı investisiya və dövlət borcu ilə bağlı xərclərdir. Tələbələrə verilən təqaüdlər də azalma yoxdur. Əslində burada artma müşahidə olunur. Sosial təminat və sosial müdafiə xərcləri üçün DSMF-yə dövlət büdcəsindən 1,3 milyard manat məbləğində vəsait ayrılıb.
Dünya Bankından alınmış vəsait hesabına köçkünlərin məskunlaşdığı mənzillərdə təmir işləri həyata keçiriləcək. Lənkəranadan keçən dəmiryolu ilə bağlı deyə bilərəm ki, onu dəniz kənarından köçürülməsi ilə bağlı müvafiq hazırlıq işləri görülür. Dövlət idarəetmə xərclərinin yüksək olmasına gəlincə bu məsələyə konkret rəqəmlərələ baxmaq lazımdır. Burada büdcə təsnifatında işlərin görülüməsinə baxmaq laızmdır. Hesab etmirəm ki, idarəetmə xərcləri yüksəkdir. Bu sahədə islahatyönümülü işlər görülmüşdür. Bunun nəticəsində 17 milyon manatdan artqı vəsaitin qənətinə nail olunub.
İcbari tibbi sığorta ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq iki rayonda pilot layihələr həyata keçirilir. Növbəti il daha iki rayonda da həyata keçirilməsi nəzərdə tutulur. Hazırda ilkin nəticələrin təhlilinə ehtiyac var. Səhiyyə xərclərinin artırılması təklif etdilər. Ola bilsin ki xərclərin artırılmasına ehtiyac var. Xərclər ilk növbədə bizim gəlirlərimizlə uzlaşmalıdır. Avtomobil yollarının tikintisi ilə bağlı deyə bilərəm ki, Şirvan-Noxudlu – Salyan yolunun tikintisi baş tutacaq. Qazlaşma ilə bağlı deyə bilərəm ki, cari ildə əlavə SOCAR-a hökumət tərəfindən 100 milyon vəsait ayrılıb. Növbəti ildə də bundan az olmayan məbləğdə vəsait ayrılması nəzərdə tutulur”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















