Elektrikli TIR-ın qiymətləri məlum oldu
Tesla-nın banisi Elon Muskın ötən cümə günü təqdimatını keçirdiyi və böyük səs-küyə səbəb olan yeni Semi yük avtomobilinin qiymətləri məlum olub.
"Marja" xəbər verir ki, hələ qiyməti bəlli olmadan çoxlu sayda şirkətin 5 min dollar depozit ödəyərək sifariş verdikləri Tesla Semi-nin başlanğıc qiyməti 150 min dollardır.
Ancaq bu qiymət, avtomobilin 480 km mənzilli variantı üçündür. Bir dəfə enerji yığmaqla 800 km məsafə qət edən versiya isə 180 min dollardan satılır. Tesla Semi-nin xüsusi versiyasının qiyməti isə 200 min dollardır.
Digər tərəfdən, Tesla, 5 min dollarlıq ilkin depzoit məbləğini də 20 min dollara qaldırdığını açıqlayıb.
Elektrik enerjisi ilə hərəkət edən Tesla Semi-nin 2019-cu ildə yollarda olması gözlənilir.
Tesla Semi üçün açıqlanan qiymətlər ölkəxarici qiymətlərdir. Avtomobil alınıb Azərbaycana gətirilərsə məbləğ arta bilər.
Tesla yük maşını üçün 1 milyon mil (1.61 milyon km) zəmanət verdiklərini açıqlayıb.
Tesla Semi-nin indiyə qədər istehsal edilmiş ən etibarlı və ən rahat TIR olduğunu bildirilir. Maşında dörd mühərrik quraşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)







