Gələn il spirtli içki və siqaret idxalından büdcəyə daxilolmalar artacaq
Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsinin layihəsində idxal olunan tütün məmulatları və spirtli içkilərə aksizlərin tətbiq olunmasından daxilolmaların əhəmiyyətli dərəcədə artacağını nəzərdə tutur. Bu barədə hökumətdən məlumat verilib.
"Gələn ildən Azərbaycana tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılması planlaşdırılır. Buna görə dövlət büdcəsinə bu maddələr üzrə daxilolmaların son dərəcə artacağı proqnozlaşdırılır", - deyə məlumatda bildirilir.
Xüsusilə tütün və tütün məmulatlarının idxalına aksiz dərəcələrinin tətbiqi nəticəsində büdcəyə 90 mln. manat məbləğində vəsaitin daxil olacağı nəzərdə tutulub ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.
Bundan başqa, spirtli içkilərin idxalına tətbiq olunan aksiz dərəcələrinin artırılması hesabına daxilolmaların həcmi 2,2 dəfə artaraq 2018-ci ildə 20 mln. 462 min manata (pivə - 12,72 mln. manat (artım 3,2 dəfə), etil spirti – 10 mln. 185 min manat (artım 9 dəfə)) çatacaq.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















