Bank Silk Way-in sədri: “Bu sabun köpüyü gec-tez partlamalı idi”
“Bazarda bəzi bankların iflasa uğramasının səbəbləri qismən faiz gəlirlərinin bilərəkdən artırılması ilə bağlıdır ki, bu da faktiki olaraq onların real pullarını heç bir şəkildə artırmamışdır. Bu sabun köpüyü gec-tez partlamalı idi”.
Bunu “Bank Silk Way”ın Müşahidə Şurasının sədri Elçin Əhmədov deyib.
Onun sözlərinə görə, Bank Silk Way özünün Azərbaycanın maliyyə sektorunda baş verən sarsıntılara qarşı davamlı olmasının səbəbi əsas müştərilərin aviaşirkətlər olması və riskləri öncədən minimuma endirməsidir:
"İlk növbədə qeyd etmək istərdim ki, bankın risk idarəçiliyinin əsas məqsədi riskləri minimuma endirməkdir. Bankımızın xidmətlərinin adından da aviasiya daşımaları sənayesi ilə sıx bağlı olduğumuz aydın olur. Əsas müştərilərimiz məhz aviaşirkətlər olduğundan, kreditlər üzrə hesablanmış faizlərdən əldə edilən gəlirlərin və xidmət müqabilində komissiya ödənişlərinin əsas hissəsi də məhz onların payına düşür.
Gördüyünüz kimi, bank əsasən korporativ müştəriyə yönəlmişdir. Lakin, Miles kartlarının buraxılması ilə, bu istiqamət tədricən pərakəndə müştərilərə doğru dəyişməkdədir".
İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!
O, "Kredit portfeli ilə bağlı problemlərdən necə yaxa qurtara bildiniz?" sualına "Kredit portfeli ilə bağlı qurulmuş səriştəli siyasət bu problemlərin aradan qaldırılmasına səbəb olmuşdur" çəkilində cavab verərək sözlərinə belə davam edib:
"Biz həmişə sağlam kapitallaşma mövqeyinə sadiqik. Biz heç vaxt ağlasığmaz rəqəmlərin arxasına düşmürük. Bizim üçün, faiz gəlirlərinin real pul daxilolmalarına çevrilməsi daha vacibdir. Buna görə də, əsasən etibarlı korporativ müştərilərlə əməkdaşlıq etməklə uzun müddət ərzində öz kredit portfelimizi sağlamlaşdırmağa çalışmışıq. Bundan əlavə, bazarda bəzi bankların iflasa uğramasının səbəbləri qismən faiz gəlirlərinin bilərəkdən artırılması ilə bağlıdır ki, bu da faktiki olaraq onların real pullarını heç bir şəkildə artırmamışdır. Bu sabun köpüyü gec-tez partlamalı idi".
Elçin Əhmədov əlavə edib ki, gələn il üçün strateji məqsəd, korporativ müştərilər üçün kredit portfelini artırmaqla yanaşı, həm də pərakəndə xidmətlərin payını bir neçə dəfə artırmaqdan ibarətdir. “Beləliklə, pərakəndə bankçılıq sahəsində aktivlərimizi tədricən artırırıq: bu, qismən ölkəmizdə analoqu olmayan Miles kartlarının əhali arasında populyarlaşması ilə də bağlıdır.
Təkcə 2017-ci ilin birinci yarısında bankımızın müştəriləri tərəfindən təxminən 4,300 Miles kartı sifariş edilmiş, onlardan 600-dən çoxu - Visa Platinum Miles kartları olmuşdur”.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
© Banksilkway
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 d. əvvəl
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
-
33 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə























